Kopirayter
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Reprice Digital Kopirayter vəzifəsi üzrə vakansiya elan edir.

Biz vəd edirik:

  • Şəhərin mərkəzində yerləşən ofisdə kreativ ab-hava;
  • Ünsiyyətcil, gülərüz, yaratmaq eşqi ilə alışan komandanın üzvü olmaq;
  • Qlobal brendlərlə işləmək;
  • Müxtəlif layihələrdə öz potensialını göstərmək imkanı;

Biz istəyirik:

  • Reklam agentliyində kopirayter kimi ən azı 1 illik təcrübə;
  • Maraqlı portfolioya malik olmasını;
  • Müstəsna yazı bacarığı. Azərbaycan və rus dillərində səhv etmədən maraqlı məzmun yazıb-yaratmasını;
  • Detallara diqqət etməyini, deadline-larla işləməyi bacarmasını;
  • Yeni trendləri və rəqiblərin fəaliyyətini izləməyini;
  • Ünsiyyətcil, şən və zarafatcıl olmasını.

Tələblər:

  • Məhsullar və brendlərin texniki xüsusiyyətlərini araşdırmaq;
  • Unikal və yeni konsepsiyaları inkişaf etdirmək;
  • Maraqlı ideyaları ərsəyə gətirmək üçün art-direktorlarla işləmək;
  • Məzmun, reklam və digər reklam vasitələri üçün səlis, aydın və inandırıcı mətnlər yazmaq;
  • Sərbəst şəkildə axtarış və araşdırma etmək;
  • Lazım olduqda və ya müştərinin şərhlərinə əsasən məzmunu yenidən nəzərdən keçirmək və düzəlişlər etmək;
  • Gələn sorğulara vaxtında cavab vermək;
  • Sıx tarixlərlə çalışmaq;
  • Orfoqrafik və qrammatik səhvlərinin olub-olmadığını yoxlamaq;
  • Reklam kampaniyasını tam inkişaf etdirmək üçün media departamenti və production şöbəsi ilə işləmək;
  • Yaradıcı qrup ilə həm vizual, həm də mətn üçün fərqli fikir və konsepsiyalar yarada bilmək;
  • Məzmun hazırlanması üçün dizaynerlərlə işləmək.

Əgər axtardığımız düşünən beynin və yazan əlin sən olduğunu düşünürsənsə, CV və portfolionu “kopirayter” hr@mccann.az başlığı ilə e-mail ünvanına göndərə bilərsən. Portfoliosuz CV-lərə baxılmayacaq.

Oxşar vakansiya siyahısı:

Kopirayter

Kontakt Home Kopirayter vəzifəsi üzrə vakansiya elan edir. Sürətlə yazma bacarığı olmalıdır. ...

Kontakt Home

27.03.2024 - Bakı