Kopirayter
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

OBA marketlər şəbəkəsi Kopirayter vəzifəsi üzrə vakansiya elan edir. Nahar şirkət tərəfindən verilir.

Namizədə dair tələblər:

  • Təhsil: Ali təhsil;
  • Dil bilikləri: Azərbaycan dili (yazılı və şifahi olmaqla mükəmməl səviyyədə), İngilis dili və Rus dili; əlavə dil bilmək arzuolunandır;
  • Kompüter bilikləri: MS Office (MS Excel – orta);
  • Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
  • Yaş: 35 yaşa qədər
  • Komanda şəklində, həmçinin gərgin iş rejimində çalışmaq;
  • Yüksək icraçılıq bacarığı, məsuliyyətlilik, düzgünlük, kreativlik, təhlil, proqnoz və planlaşdırma qabiliyyəti, operativlik, dəqiqlik.

Vəzifə öhdəlikləri:

  • Reklam mətnlərinin, şüarlarının yazılması,
  • Məqalələr, məhsul təsvirləri, sosial media və şirkətin veb səhifəsi üçün məzmunların hazırlanması,
  • Reklam ssenarilərinin təklif edilməsi,
  • Səhvlər və uyğunsuzluqların araşdırılması, mövzuya uyğun mətnin formalaşdırılması üçün kontent yazılması, korrektə və redaktə işlərinin aparılması,
  • SEO yönümlü veb sayt kontentinin hazırlanması və bloqların yazılması,
  • Bazar trendlərinin, yeniliklərinin izlənməsi və onların işdə tətbiqi,
  • Müştərilərin ehtiyaclarını müəyyənləşdirmək və mövcud məzmundakı boşluqları aradan qaldırmaq üçün yeni məzmun tövsiyyə etmək.

Əlavə təminatlar:

  • Nahar şirkət tərəfindən verilir;
  • Korporativ nömrə ilə təmin edilmə;
  • Servis şirkət tərəfindən təmin edilir;

İş qrafiki:

  • İş saatları 09:00 – 18:00;
  • Nahar fasiləsi: 13:00-14:00
  • Şənbə və Bazar istirahət günü.

Qeyd: Ezamiyyə halları mümkündür

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Kopirayter” yazaraq cv@oba.az ünvanına göndərmələri xahiş olunur.

Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiya siyahısı:

Kopirayter

Kontakt Home Kopirayter vəzifəsi üzrə vakansiya elan edir. Sürətlə yazma bacarığı olmalıdır. ...

Kontakt Home

27.03.2024 - Bakı