Kopirayter (Freelance)
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 800AZN. Kontakt Home Kopirayter (Freelance) vəzifəsi üzrə vakansiya elan edir. Sürətlə yazma bacarığı olmalıdır.

“Kontakt Home” mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir. Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə “Kontakt Home” Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.

“Kontakt Home” mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.

Vakansiya: Kopirayter (Freelance)

Tələblər:

  • Ali təhsil;
  • Azərbaycan dilində səlis danışma və yazma qabiliyyəti;
  • İngilis və Rus dilindən araşdırma və səlis tərcümə etmə bacarığı;
  • Kopirayter vəzifəsi üzrə iş təcrübəsi – 1 ildən artıq.

Əmək funksiyaları:

  • Məhsul haqqında videoicmal mətnlərinin yazılması.

İş həcmi və əmək haqqı:

  • Gündəlik 3 məhsul haqqında 1 dəqiqəlik videoicmal mətnlərinin yazılması;
  • Ə/H 800.

Müraciət linki: https://glorri.com/abc-telecom/6058a82c2a48891aec79ede5-Kopirayter%20(Freelance)?source=Company

Oxşar vakansiya siyahısı:

Kopirayter

Kontakt Home Kopirayter vəzifəsi üzrə vakansiya elan edir. Sürətlə yazma bacarığı olmalıdır. ...

Kontakt Home

27.03.2024 - Bakı