Qısa məzmun
ADORE kompani Təlim və inkişaf şöbəsinin koordinatoru vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Təlim və inkişaf strategiyalarının hazırlanması və həyata keçirilməsi.
- Şirkətin biznes hədəflərinə uyğun olaraq əməkdaşların təlim və inkişafı üçün uzunmüddətli və qısamüddətli planların hazırlanması və tətbiqi.
- Pərakəndə satış sahəsində çalışan əməkdaşların təlim ehtiyaclarının müəyyən edilməsi.
- Təlim proqramlarının hazırlanması üçün brend menecerlər və pərakəndə satış şöbəsinin əməkdaşları ilə işgüzar görüşlərin və sessiyaların təşkili.
- Xidmət və servis standartları, satış texnikası və yumşaq bacarıqlar (soft skills) üzrə təlim proqramlarının formalaşdırılması.
- Təlim vasitələrinin və metodlarının seçilməsi, həmçinin pərakəndə satış sahəsində çalışan əməkdaşları üçün inkişaf proqramlarının hazırlanması.
- Təlimin keçirilməsi üçün lazım olan vasitələrin hazırlanması: paylama materialları, təlim üçün iş dəftərləri, təlim yeri və aksesuarlar.
- Təlim prosesindən sonra mənimsənilən biliklərin qiymətləndirilməsi.
- Ümumi təlim planına və cədvəlinə uyğun olaraq təlimlərin keçirilməsini təmin etmək.
- Əməkdaşlarının attestasiyasının keçirilməsini təmin etmək.
- Elektron təlim (e-learning), mobil təlim və digər rəqəmsal alətlər kimi müasir texnologiyaların və təlim metodlarının tətbiqi.
- Təlim və inkişaf sahəsində yeni tendensiyaların və ən yaxşı təcrübələrin monitorinqi.
- Xarici təlimlərin təşkilinə dəstək, brendlərin xarici nümayəndələri ilə əlaqələrin qurulması.
- Satış nöqtələrində xidmət standartlarına əməl olunmasına nəzarət, həmçinin müxtəlif departamentlərdən alınan rəyin təhlili.
- Təlim və inkişaf şöbəsinin büdcəsinin idarə olunması və istifadəsinə nəzarət.
- Təlimlərin nəticələri üzrə hesabatların hazırlanması və şirkət rəhbərliyinə təqdim edilməsi.
Namizədə tələblər:
- Ali təhsil.
- Təlim və İnkişaf sahəsində iş təcrübəsi (İR sahəsində iş təcrübəsi üstünlükdür).
- Peşəkar ünsiyyət və təqdimetmə bacarıqlarına malik olmalı.
- İdarəetmə və təşkilatçılıq qabiliyyəti.
- Ənənəvi və müasir təlim metodları ilə tanışlıq.
- Səlis azərbaycan və rus dilləri, ingilis dili biliyi üstünlükdür.
- MS Office proqramlarında peşəkar işləmək bacarığı.
İş şəraiti:
- Rəqabətə davamlı əməkhaqqı.
- Yüksək peşəkar komandada işləmək imkanı.
- İş qrafiki: 5/2, saat 09:00-dan 18:00-dək.
- Ünvan: baş ofis, Gənclik m. yaxınlığı, Oqtay Kərimov 49
Müraciət üçün CV-nizi cv@adoregroup.az elektron ünvana göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını « Təlim və inkişaf şöbəsinin koordinatoru » qeyd etməyiniz xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Safe Season MMC SMM üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
BERC şirkətlər qrupu SMM menecer vəzifəsi üzrə vakansiya elan edir. ...
BERC şirkətlər qrupu SMM mütəxəssisi ( Təcrübəçi ) vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home Sosial media üzrə inzibatçı vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home Biznes məsələləri üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Aparıcı reklam mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Ateshgah Insurance Company Product Marketinq Menecer vəzifəsi üzrə vakansiya elan edir. ...