Qısa məzmun
Baku Electronics LTD Koordinator vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə üzrə ümumi göstəricilər:
- İdarəçilik üzrə müvafiq sahədə 3 ilədək iş təcrübəsi;
- Azərbaycan dilində səlis nitqə sahib olması vacibdir (rus, ingilis dili biliyi arzu olunandır);
- MS Office (Excel, Word, Power Point), 1C proqramlarından istifadə qabiliyyəti;
- Komanda şəklində işləmək bacarığı;
- Nizam-intizamlı, məsuliyyətli, stressə davamlı;
Vəzifə öhdəlikləri:
- Baş ofis tərəfindən təşkil olunan kampaniyalar və elanlar haqqında satış komandasını vaxtında məlumatlandırmaq və işlərin icrasına nəzarət etmək;
- Mağaza heyətinin fəaliyyətini təşkil etmək və onları istiqamətləndirmək, işçiləri motivasiya etmək və mağazada komanda ruhunu qorumaq;
- İşçilərin performansı ilə bağlı hər cür statistikaya sahib olmaq (həftə içi və həftə sonu bütün satışlar, satıcıların satış performanslarının müqayisəsi, müştəri sayma cihazı, ziyarətçi başına düşən satış və s.)
- Əməliyyat, ödəniş və kommunikasiya sistemlərinin fasiləsiz işinə nəzarət etmək;
- Mağazanın stok dövriyyəsinin mərkəzdən təqdim olunan prosedur və qaydalar əsasında icrasını təmin etmək;
- Mağazanın stok ehtiyatına maddi məsuliyyət daşımaq;
- Mağazanın stok sifarişinin vaxtında, tam və düzgün təmin olunmasını, qorunmasını, vitrində sərgilənməsini təmin etmək;
- VİP müştərilərə şəxsən xidmət göstərmək;
- Mağaza müdiri olmadığı təqdirdə onu əvəz etmək
Müvafiq tələblərə uyğun olduğunuz təqdirdə CV-izi mövzu hissəsində müraciət etdiyiniz vakansiyanın adını – “Koordinator-Lənkəran” qeyd etməklə Narmin.Eminli@bakuelectronics.az – elektron ünvanına göndərməyiniz xahiş olunur.
Oxşar vakansiya siyahısı:
500₼
Fitness avadanlıqları üzrə Satış MəsləhətçisiLife Fitness (showroom) - “Fitness avadanlıqları üzrə Satış Məsləhətçisi” vakansiyasını elan edir. ...
1800₼
Regionlar üzrə satış müdiriİceland şirkət Regionlar üzrə satış müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
Satıcı-kassir
Azərbaycan Supermarket MMC Satıcı-kassir vəzifəsi üzrə vakansiya elan edir. ...
700 — 800 ₼
Satış məsləhətçisiZuleykha Accessories aksesuar mağazalar şəbəkəsi Satış Məsləhətçilərini işə qəbul edir. ...