Könüllü tibbi sığorta şöbəsinə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Atəşgah sığorta Könüllü tibbi sığorta şöbəsinə mütəxəssis vəzifəsi üzrıə vakansiya elan edir.

«Atəşgah» Sığorta Şirkəti 1996-cı ildə təsis olunmuşdur. Şirkət müxtəlif sığorta məhsulları, o cümlədən, icbari, əmlak və qeyri-əmlak sığorta məhsullarının satışı ilə məşğuldur. 2011-ci ildən etibarən “Atəşgah” və “Atəşgah Həyat” SŞ  birləşərək “Atəşgah” Sığora Qrupunu  yaratmışlar. Hal hazırda Bakı şəhərində və regionlarda fəaliyyət göstərən 14 filialda, 500-ə yaxın əməkdaş çalışmaqdadır. “Atəşgah” daima öz işçilərinin inkişafını düşünərək, onlara geniş inkişaf imkanları yaradır. Daha ətraflı məlumat almaq üçün www.ateshgah.com saytına müraciət edə bilərsiniz.

Namizədə tələblər

  • Yaş: 21-35
  • Cinsi: kişi və ya qadın
  • Təhsil: Ali təhsil (tibbi biliklər arzuolunandır)
  • İş təcrübəsi: 1 ildən çox
  • Dil bilikləri: Azərbaycan (əla), Rus (əla), İngilis dili (arzuolunandır)
  • Microsoft Office (Word, Excel, Power Point) proqramları, elektron poçtdan istifadə

Əsas vəzifə öhdəlikləri

  • Cari və şirkətə ilk dəfə müraciət edən müştərilərlə iş (müştərilərlə kommersiya danışıqlarını aparmaq və məhsulların satışını təşkil etmək);
  • Şirkət daxili digər şöbələrlə müntəzəm işlərin aparılması (şikayətlərin araşdırılması, müqavilələrin hazırlanmasına nəzarət, hesabların/kredit notların /e-qaimələrin buraxılmasına nəzarət və sair).
  • Müştərilərlə, yerli və xarici brokerlər və vasitəçilərlə yazışmalar, danışıqlar aparmaq və görüşlər keçirmək;
  • Birbaşa rəhbərin digər xidməti tapşırıqlarını yerinə yetirmək;

Şəxsi keyfiyyətlər

  • Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı
  • Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı
  • Təmkinli, stressədavamlı, biznes etikaya riayət etmək bacarığı
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
  • Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacariğı

İş şərtləri

  • Əmək müqaviləsi bağlanılır
  • İş vaxtı 09:00 – 17:30
  • İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
  • Əmək haqqı gross məbləğ: 555 azn – 784 AZN (sığorta sahəsində təcrübəyə, həmçinin tibbi biliklərə əsasən təyin edilir)
  • Şirkət tərəfindən güzəştli nahar

Məlumatlandırıcı qeydlər

  • Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
  • CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
  • İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq
  • Məktubun mövzu bölməsində, vakansiyanın adını MÜTLƏQ qeyd edin

Vakansiya ilə maraqlanan namizədlərdən CV’ lərini recruiting@ateshgah.com -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq  ’’Könüllü tibbi sığorta şöbəsinə mütəxəssis “qeyd etmələri xahiş olunur

“Atəşgah” S.Ş. şəffaf idarəçilik üslubunu tətbiq etməklə, əməkdaşların daimi rəyini öyrənib, qərarların qəbul edilməsində onların iştirakını təmin edir.

Sağlam həyat tərzinin təmin olunması üçün müasir idman zalı, bütün avadanlıqlarla təhciz olunmuş yemək zalında güzəştli şərtlərdə təşkil olunan nahar fasiləsi, kitabxana, istirahət otaqları, müxtəlif əyləncəli tədbirlər, intellektual oyun və viktorinalar  iş gününü maraqlı və faydalı edir.

Ən vacibi isə hər bir əməkdaş davamlı inkişaf və karyera yüksəlişi məqsədilə daxili və xarici tədris prosesinə qoşulmaq imkanına malikdir.

Oxşar vakansiya siyahısı:

700₼
Медсестра в косметологии

Asthetik Lab Vip Style Klinikası Kosmetologiyada tibb bacısı vəzifəsi üzrə vakansiya elan edir. ...

Asthetik Lab Vip Style Klinikası

24.04.2024 - Bakı