Kontent meneceri
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

AVVA şirkəti Kontent meneceri vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • Marka və məhsul performansını müşahidə edərək təhlil etmək;
  • Sosial Media hesabları üçün kreativ, orijinal və yüksək keyfiyyətli kontent hazırlamaq;
  • Müştərilərin diqqətini cəlb edəcək satışyönümlü mətnlər hazırlamaq;
  • Yeniliklərdən xəbərdar olmaq və media monitorinqini həyata keçirmək;
  • Dəqiq və aydın briflər hazırlamaq, müvafiq istiqamətlərə ötürmək və nəticələrə nəzarət etmək.

Namizədə tələblər

  • Kontent meneceri olaraq 2 ildən az olmayan iş təcrübəsi;
  • Planlama və təşkilatçılıq bacarığı;
  • Yüksək səviyyədə ünsiyyət, təqdimat və komanda ilə işləmək bacarığı
  • Böyük həcmdə məlumatların təhlilində və proqnozların verilməsində təcrübə
  • Satış əməliyyatları və prosesləri haqqında biliklər
  • Düzgün kopiraytinq, mətn yazma bacarığı.
  • Azərbaycan və rus dillərini mükəmməl bilməli
  • Yazı yazmaq və fikirlərini izah etmək bacarığına sahib olanlar
  • Ünsiyyətcil, yaradıcı və maraqlı ideyalara sahib olmalı
  • Sosial media trendlərini izləməli

İş rejimi və əmək haqqı:

  • İş qrafiki: Bazar ertəsi – Cümə 10:00-18:00
  • Əmək haqqı – 500-700man. (müsahibə əsasında təyin olunacaq)
  • AR Əmək Qanunvericiliyinə uyğun rəsmiləşmə

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini hr@avva.az elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Kontent meneceri” şəklində göstərməyiniz
xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki,
işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiya siyahısı:

Marketinq üzrə mütəxəssis

AZBADAM MMC Marketinq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azbadam MMC

08.04.2024 - Bakı

900₼
Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis)

Kontakt Home Sosial media hekayələri üzrə mütəxəssis (Story və Reels üzrə mütəxəssis) vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

08.04.2024 - Bakı