Qısa məzmun
AVVA şirkəti Kontent meneceri vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Marka və məhsul performansını müşahidə edərək təhlil etmək;
- Sosial Media hesabları üçün kreativ, orijinal və yüksək keyfiyyətli kontent hazırlamaq;
- Müştərilərin diqqətini cəlb edəcək satışyönümlü mətnlər hazırlamaq;
- Yeniliklərdən xəbərdar olmaq və media monitorinqini həyata keçirmək;
- Dəqiq və aydın briflər hazırlamaq, müvafiq istiqamətlərə ötürmək və nəticələrə nəzarət etmək.
Namizədə tələblər
- Kontent meneceri olaraq 2 ildən az olmayan iş təcrübəsi;
- Planlama və təşkilatçılıq bacarığı;
- Yüksək səviyyədə ünsiyyət, təqdimat və komanda ilə işləmək bacarığı
- Böyük həcmdə məlumatların təhlilində və proqnozların verilməsində təcrübə
- Satış əməliyyatları və prosesləri haqqında biliklər
- Düzgün kopiraytinq, mətn yazma bacarığı.
- Azərbaycan və rus dillərini mükəmməl bilməli
- Yazı yazmaq və fikirlərini izah etmək bacarığına sahib olanlar
- Ünsiyyətcil, yaradıcı və maraqlı ideyalara sahib olmalı
- Sosial media trendlərini izləməli
İş rejimi və əmək haqqı:
- İş qrafiki: Bazar ertəsi – Cümə 10:00-18:00
- Əmək haqqı – 500-700man. (müsahibə əsasında təyin olunacaq)
- AR Əmək Qanunvericiliyinə uyğun rəsmiləşmə
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini hr@avva.az elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Kontent meneceri” şəklində göstərməyiniz
xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki,
işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.