Qısa məzmun
Başak Group Konstruksiya üzrə mühəndis konstruktor vəzifəsi üzrə vakansiya elan edir.
Tələblər:
- Ali təhsil,
- Rus və İngilis dili arzuolunandır,
- Kopmüter proqramları : Autocad, 3DMAX, Tekla, Solidworks, Microsoft Office,
- Minimum 3 il konstruktor kimi əmək fəaliyyəti,
- Ünsiyyət və analitik düşünmə bacarığı,
- Komandada işləmək bacarığı.
Öhdəliklər:
- Avtomatik vasitələrdən istifadə etməklə məmulatların eskiz, texniki və işçi layihələrini işləyib hazırlanması,
- İşləri, hazırlanacaq konstruksiyaları texniki tapşırıqlara, standartlara, texniki təhlükəsizlik normalarına, istehsalatda iqtisadi texnologiyanın tələblərinə uyğun cavab verməsini təmin edir,
- Sxem və eskiz layihələri əsasında kinematik sxemləri, ümumi yığımın, konstruksiyanın ayrı-ayrı elementlərinin nəzəri bağlılığını tərtib edir,
- İşçi layihələrini yoxlayır və layihələrin, işin ixtisas va ya profili üzrə nəzarətini həyata keçirir, mürəkkəb hissələrin naturadan eskizini çıxarır,
- Texniki şərtlər və əvvəl işlənib hazırlanmış cizgilərdə dəyişiklik haqqında bildiriş vərəqələrini və başqa texniki sənədləri tərtib edir,
- Təcrübə üçün hazırlanmış nümunənin yaxud şablonların quraşdırılmasında, sınağında və istismara təhvil verilməsində, həmçinin konstruksiya olunan məmulatın təkmilləşmə, modernləşmə,vahid şəklə salınmasında iştirak edir,
- Xammala, materiala, əmək sərfinə qənaəti təşkil edir,
- Sifarişçilərlə birlikdə layihə üzrə texniki tapşırıqların işlənib hazırlanmasına, eskiz və işçi layihələrinin müvafiq qaydada hazırlanmasına iştirak edir.
İş şəraiti:
- Əmək haqqı: müsahibə əsasında,
- Nahar şirkət tərəfindən verilir,
- Korporativ nömrə,
- Ünvan: Dərnəgül şosesi 31, məhəllə 5, Ziya Bünyadov pr. 3105
Tələblərə uyğun şəxslər CV-lərini elektron poçt ünvanına mövzu hissəsinə “Mühəndis” yazaraq göndərə bilərlər.
Qeyd edək ki, sadəcə bu sahədə təcrübəsi olan namizədlərin CV formaları dəyərləndiriləcəkdir.
Mənbə: jobsearch.az