Komplayns və İdarəetmə üzrə Baş Mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

PASHA Bank Komplayns və İdarəetmə üzrə Baş Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Müraciət üçün linkə daxil olun https://qlor.me/ldu1t3mu

Təsvir

İşiniz nədən ibarətdir?

  • Bankdaxili proses və qaydaların ölkə qanunvericiliyinə və beynəlxalq standartlara uyğunluğunun təmin edilməsi;
  • Komplayns sahəsində bank əməkdaşlarının məlumatlandırılması;
  • Bankın məhsul və xidmətlərinin ölkədaxili qayda və beynalxalq standartlara uyğunluğu ilə bağlı rəy verilməsi;
  • Requlyator tələblərin vahid bir reyestrdə əks etdirilməsi və mütəmadi dəyişikliklərin müvafiq reyestrdə dərhal yenilənməsi;
  • Bankda yeni yaradılan və ya mövcud daxili qayda, proses, siyasət və təlimatlarda, eyni zamanda məhsul passportu, ərizə və tariflərdə requlyatorun hər hansı bir tələbinin pozulmasının və yaxud ziddiyyət təşkil etməsinin müəyyən edilməsi və onların aradan qaldırılması ilə bağlı rəy və təkliflərin hazırlanması;
  • Biznes mərkəzlərindən və digər departamentlərdən daxil olmuş komplayns tələbləri ilə əlaqəli sorğuların cavablandırmasına nəzarət;
  • Səlahiyyətli orqanlardan daxil olan sorğuların vaxtında cavablandırılması və məlumat mübadiləsinin təşkili;
  • Bankda mövcud və ya yeni yaradılan digital məhsul üzrə requlyatorun hər hansı bir tələbinin pozulmasının və yaxud ziddiyyət təşkil etməsinin müəyyən edilməsi və onların aradan qaldırılması ilə bağlı rəy və təkliflərin verilməsi;
  • Bankda mövcud prosesin hər hansı bir addımının avtomatlaşdırılması üzrə requlyator tələblərin pozulmasının müəyyən edilməsi və onların aradan qaldırılması ilə bağlı rəy və təkliflərin hazırlanması;
  • Komplayns sahəsində siyasət və prosedurların hazırlanması və həmin proseslərdə iştirak;
  • Bankda hər hansı bir prosesin stess testi zamanı proses üzrə addım requlyatorunun hər hansı bir tələbinin pozulmasının və yaxud ziddiyyət təşkil etməsinin müəyyən edilməsi və onların aradan qaldırılması ilə bağlı rəy və təkliflərin hazırlanması;
  • Bankın strukturlarından daxil olmuş sorğu requlyatorunun hər hansı bir tələbinin pozulmasının və yaxud ziddiyyət təşkil etməsinin müəyyən edilməsi və onların aradan qaldırılması ilə bağlı rəy və təkliflərin hazırlanması;
  • Komplayns ilə əlaqəli məsələlərin bank əməkdaşlarına kommunikasiya edilməsi;
  • Bankdaxili proseslərin qanunvericiliyə uyğunluğunu üzrə yoxlamanın həyata keçirilməsi və müvafiq hesabatların hazırlanması.

Tələblər

Sizdən nə tələb olunur?

  • Təhsil: İqtisadiyyat, Hüquq və ya digər uyğun sahədə ali təhsil
  • İş təcrübəsi: Minimum 3 il bank təcrübəsinin olması mütləqdir (Komplayns, korporativ hüquq və ya audit sahələrində təcrübənin olması üstünlükdür)
  • Lisenziya / Sertifikat: Komplayns və ya audit sahəsində sertifikatların mövcudluğu üstünlükdür
  • Xarici dillər: İngilis (səlis), Rus (orta)
  • Kompüter bilikləri: Microsoft Office
  • Digər: Bankın fəaliyyəti ilə əlaqəli ölkədaxili qanunvericilik üzrə biliklər, Davranış məcəlləsi, Maraqların toqquşması mövzusu

Oxşar vakansiya siyahısı:

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı