Qısa məzmun
AFB Bank şirkəti Komplayns üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri.
Namizədə dair tələblər:
- Ali təhsil (İqtisadiyyat, Maliyyə və ya Biznesin idarə edilməsi üzrə);
- Azərbaycan dili – mükəmməl, ingilis və rus dili – yaxşı səviyyədə bilmək;
- MS Office proqramları üzrə (xüsusilə, MS Excel) yüksək səviyyəli praktiki bacarıqlar;
- Ünsiyyət qurmaq qabiliyyəti, təşəbbüskarlıq və innovasiyalara açıqlıq;
- Məsuliyyətlilik, dəqiqlik, gərgin iş rejimində işləmək bacarığı.
İşin təsviri:
- Şübhəli əməliyyatlar barədə maliyyə monitorinq orqanına hesabat və məlumatların hazırlanması;
- Müştəri profil məlumatlarının düzgünlüyünə nəzarət;
- Qeyri-adi və şübhəli əməliyyatların aşkarlanması üçün əməliyyatların təhlili;
- Maliyyə Monitorinq Xidmətindən daxil olan sorğuların cavablandırılması;
- Müştərilərin risk kateqoriyasına uyğun olaraq onların profil məlumatlarının yenilənməsi;
- Müştərilərin və əməliyyatın tərəflərinin sanksiya tətbiq olunan şəxslər üzrə yoxlanılması.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Komplayns üzrə kiçik mütəxəssis” qeydi edərək elektron ünvanına göndərməyini xahiş edirik.
Oxşar vakansiya siyahısı:
Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mühasib
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...