Komplayens departamentinin ƏL/TMM şöbəsinə Aparıcı/Baş mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

https://qlor.me/lv4x36rc3c

Təsvir

“Rabitəbank” ASC Komplayens departamentinin ƏL/TMM şöbəsinə Aparıcı/Baş mütəxəssis vəzifəsinə işə qəbul elan edir.

Vəzifə öhdəlikləri:

  • Müştərilərlə aparılan əməliyyatlar zamanı cinayət və qeyri-qanuni yolla əldə edilmiş gəlirlərin leqallaşdırılmasının vaxtında qarşısının almaq və aparılan bank əməliyyatları üzərində səmərəli nəzarət mexanizmini həyata keçirmək;
  • Maliyyə monitorinqi sahəsində prosedur və qaydaların yazılmasını təmin etmək;
  • Bankın ƏL/TM qаrşı sahəsində siyasətinin həyata keçirilməsi üçün planların tərtib edilməsi və icrası;
  • Bank tərəfindən həyata keçirilən əməliyyatların gündəlik monitorinqini aparmaq, cari, şübhəli və digər tələb olunan əməliyyatlar barədə müvafiq hesabatlar hazırlayaraq şöbə rəisinə təqdim olunmasını təmin etmək;
  • Qeyri-adi və şübhəli əməliyyatları aşkar etmək, müştərinin və benefisiarların eyniləşdirmə və verifikasiya prosedurunu həyata keçirmək;
  • ƏL/TM üzrə risk qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçiriməsi;
  • Yüksək riskli əməliyyatlara və müştərilərə münasibətdə monitorinqlərin aparılması;
  • ƏL/TM tədbirləri üzrə məlumat bazadının araşdırılması və təhlili;
  • ƏL/TM fəaliyyəti üzrə müxtəlif hesabatların hazırlanması;
  • ƏL/TM sahəsində avtomatlaşdırma proseslərində iştirak etmək;
  • Qanunvericilikdə nəzərdə tutulmuş hallarda Maliyyə Monitorinqi xidmətinə həyata keçirilmiş əməliyyatlara dair məlumatların və sənədlərin təqdim olunması barədə sorğulara cavab hazırlamaq;
  • Şöbəyə daxil olmuş müxtəlif sorğulara cavablar hazırlamaq;
  • CRS\FATCA üzrə hazırlanmış müvafiq hesabatların Vergilər Nazirliyinə ötürülməsi;
  • Əməkdaşlıq etdiyimiz banklar ilə Özünüqiymətləndirmə sorğu vərəqələrinin qarşılıqlı mübadiləsini təmin etmək;
  • Xarici banklardan daxil olan sorğuları araşdırmaq və cavab məktubunu hazırlamaq; Yeni və mövcud müxbir bankların illik KYC qiymətləndirilməsini yeniləmək;
  • AML məsələləri ilə bağlı filiallardan və şöbələrdən daxil olan müraciətlərə cavab vermək;
  • Sahə kuratorunun, habelə birbaşa rəhbərinin müvafiq struktur bölmənin fəaliyyəti ilə bağlı göstərişlərini yerinə yetirmək;
  • ƏL/TM sahəsində fəaliyyət üzrə əməkdaşlara mütəmadi təlimlərin keçirilməsi üçün səylər göstərmək.

Tələblər

  • Ali təhsil – İqtisadiyyat, hüquq sahəsində;
  • Bankda ən azı 2 il təcrübə;
  • ƏL/TMM sahəsində yerli qanunvericiliyin və normativ xarakteli aktların tələbləri və standartları barədə anlayışların olması;
  • ƏL/TMM sahəsində beynəlxalq standartlar üzrə biliklərin olması;
  • Sanksiya rejimləri üzrə biliklərin olması;
  • Dil bilikləri :Azərbaycan dili -əla, İngilis dili – Yaxşı ( məs.TOEFEL ən azı 75, IELTS ən azı 5.5,), rus dili (arzuolunandır);
  • Kompyuter bilikləri : MS Exel, MS Word;
  • Analitik düşüncə qabiliyyəti.

Oxşar vakansiya siyahısı:

Borcların təhlili üzrə kiçik mütəxəssis

Unibank Borcların təhlili üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

30.04.2024 - Gəncə

Mühasib

CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

25.04.2024 - Bakı

600 — 800 ₼
Mühasib köməkçisi

“Az Protein Foods Group” MMC  Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Maliyyə meneceri

AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

23.04.2024 - Bakı

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı

500₼
Mühasib Kassir

CMT Group MMC Muhasib -kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

06.04.2024 - Gəncə