Qısa məzmun
AzInTelecom MMC Kommunikasiya üzrə mütəxəssis vakansiyasını elan edir.
Departament: Kommersiya/Marketinq
Vəzifə öhdəlikləri:
- Press-relizlərin yazılmasına dəstək göstərmək, optimizasiya etmək;
- Kommunikasiya planlarını, fəaliyyətlərini hazırlamaq və həyata keçirilməsinə dəstək göstərmək;
- Aidiyyatı struktur şöbələrlə müvafiq kommunikasiya fəaliyyətini təşkil etmək;
- Nitqləri, rəsmi arayışları yazmaq;
- Monitorinqlər və hesabatlar üzrə təqdimatlar hazırlamaq;
- Tədbirləri və ictimaiyyətlə əlaqələr üzrə layihələri təşkil etmək;
- Süni intellekt və dizayn alətləri ilə işləmək;
- Korporativ sosial məsuliyyət yönümlü tədbirlərdə təşkilati işlərə dəstək göstərmək;
- Digər inzibati tapşırıqların icrasını həyata keçirmək;
Tələb olunan bilik və bacarıqlar:
- Ali təhsil (kommunikasiya, marketinq və ya ictimaiyyətlə əlaqələr sahələri üzrə)
- Korporativ kommunikasiyalar və ya ictimaiyyətlə əlaqələr sahəsində minimum 3 illik iş təcrübəsi;
- Effektiv ünsiyyət və təşkilati bacarıqlar;
- Rəqəmsal kommunikasiya alətləri və platformalarından istifadə;
- Komanda ilə işləmək, təşəbbüskar olmaq və təşkilatçılıq qabiliyyəti;
- Tədqiqat və analitik təhlil, və reputasiya idarəçiliyi üzrə biliklər;
- İşgüzar yazışma qaydalarını bilmək;
- Azərbaycan dilində əla yazı və şifahi ünsiyyət bacarıqları; ingilis dilində sərbəst ünsiyyət üstünlükdür.
Maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək,
Oxşar vakansiya siyahısı:
Rəqəmsal marketoloq
Caspian Equipment Company Rəqəmsal marketoloq vəzifəsi üzrə vakansiya elan edir. ...