Qısa məzmun
Ə/h razılaşma yolu ilə. PMD Projects LLC Kommersiya üzrə rəhbər vəzifəsi üzrə vakansiya elan edir. Ali təhsil: Müvafiq ixtisas üzrə bakalavr dərəcəsi olmalıdır.
Vəzifə öhdəlikləri:
- Layihələrin ehtimal büdcə (estimate budget) və xərc planlarının (cost plans) hazırlanması prosesinin təşkili və idarə olunması;
- Layihələrin iş qrafikinin hazırlanmasının və nəzarətinin təşkili;
- Layihələndirmə və tikinti mərhələlərində dəyərin idarə olunması (Value management);
- Layihələrin bütün mərhələlərində dəyişikliklərə nəzarət;
- Layihələndirmə və tikinti mərhələlərində zərurət yarandığı zaman mühəndis optimallaşdırması prosesini təşkil etmək (Value engineering);
- Layihələrin strategiyasına uyğun olaraq, tender və satınalma paketinin hazırlanması prosesinin təşkili və prosesin icrasına cavabdeh olmaq;
- Müqavilələrin hazırlanması prosesini imzaya qədər nəzarət və idarə etmək;
- Müqavilələrin imza prosesindən sonra icrasının nəzarətini təmin etmək (Contract Administration);
- Müqavilələrin ödəniş cədvəlinə nəzarət və idarə etmək;
- İmzalanmış müqavilələrin dəyişikliklərinin idarə olunması (post-contract stage change management and control);
- Layihələrin Maliyyə axınları hesabatlarını hazırlanması prosesinə nəzarət və idarə etmək (Initial Cash flows Management);
- ddiaların (tələblərin) təhlili, əsas səbəblərinin araşdırılması və hesabatlarların rəhbərliyə təqdim edilməsi;
- Layihələrin Aralıq hesabatlarının hazırlanması (İnterim Cost Reports);
- Layihələrin qazanılmış dəyərinin periodik təhlilini aparmaq (Earned Value Analysis);
- Layihə çərçivəsində podratçıların müqavilə üzrə ilkin və yekun təhvil-təslim prosesini təşkil etmək (Practical & Final Completion Certificates);
- Layihələrin kommersiya tərəfindən uğurlu olmasını təmin etmək;
- Layihələr üzrə Yekun Xərc və Qənaət Hesabatını hazır etmək və Layihə Rəhbərinə təqdim etmək;
Tələblər:
- Ali təhsil: Müvafiq ixtisas üzrə bakalavr dərəcəsi
- İş təcrübəsi : Mülki tikinti sahəsində, oxşar vəzifədə 4 il iş təcrübəsi.
- Dil bilikləri: Azərbaycan dili – səlis, İngilis və Rus dilləri arzuolunandır
- Kompüter bacarıqları: MS Ofis proqramları (Word, Excel, PowerPoint,AutoCad).
Maraqlanan şəxslərdən CV və ya Müraciət ərizələrini vəzifə adı göstərilməklə hr@pmdprojects.az ünvanına göndərmələri xahiş olunur.
Yalnız uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq.