Kommersiya lizinq şöbəsinin müdiri
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Prior Leasing Kommersiya lizinq şöbəsinin müdiri vəzifəsi üzrə vakansiya elan edir.

Əsas vəzifə öhdəlikləri:

  • Cəmiyyətin filialları üzrə yaradılmış Deal-ların emal mərhələlərinə nəzarət etmək və hər hansı mərhələdə yaranan nöqsanları operativ şəkildə aradan qaldırmaq;
  • Memorandum mərhələsinə təqdim olunan Deal-lara ilkin baxış keçirmək və lazımi olduğu təqdirdə müvafiq dəyişiklərin icrasına nəzarət etmək;
  • Mikro və biznes kreditləri üzrə proseslərin blok sxemlərini hazırlamaq və bununla bağlı filiallara müvafiq təlimlər keçirmək;
  • Biznes  müştərilərinə verilmiş kreditlərin monitorinqinin həyata keçirilməsinə nəzarət etmək;
  • Verilmiş kreditlər üzrə ödənişlərə və gecikdirən müştərilərə dair işin daxili qaydalara uyğun olaraq aparılmasına nəzarət etmək;
  • Mütəmadi lizinq prosesinin təkminləşməsinə dair təkliflər hazırlamaq, rərbərliyə təqdim etmək və müsbət rəy aldıqda tətbiq etmək;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqları operativ yerinə yetirmək;
  •  Hesabatları vaxtında və dəqiq rəhbərliyə təqdim etmək
  •  Daxili prosedurlara və qaydalara uyğun olaraq CRM və digər proqram təminatlarından istifadə etmək, fəaliyyət nəticələrini tələb olunan proqramlarda qeyd etmək;
  • Bu vəzifə təlimatı ilə nəzərdə tutulan vəzifə və funksiyaların, eləcə də rəhbərliyin birbaşa verdiyi birdəfəlik göstəriş və tapşırıqların hər hansı bir səbəbdən vaxtında və tam icra oluna bilməməsi barədə qabaqcadan birbaşa rəhbərinə məlumat vermək;
  • Təşkilatın daxili nizam–intizam qaydalarına, korporativ və etik davranış normalarına daima riayət etmək;
  • Şirkət məhsulu haqda məlumatlara sahib olmaq və ehtiyac olduğu təqdirdə müraciət edən şəxslərə (potensial müştərilərə) məlumat təqdim etmək.

Namizədə dair tələblər:

  • Ali təhsil;
  • Bank sektorunda – 5 il iş təcrübəsi (mövcud sahədə);
  • Azərbaycan, Rus dili – əla səviyyədə
  • İdarəetmə bacarıqları – yüksək səviyyədə
  • MS Office proqramları ilə işləmək bacarığı
  • Problemləri həll etmək bacarığı;

İş şərtləri:

  • Ə/h – 2000-2500 azn
  • Ünvan: Çinar Park BM, Ə.Rəcəbli küç.

Maraqlanan namizədlər mövzu yerində “Kommersiya lizinq şöbəsinin müdiri” yazmaqla öz CV-ləri göndərə bilərlər.

Mənbə: jobsearch.az

Oxşar vakansiya siyahısı:

Borcların təhlili üzrə kiçik mütəxəssis

Unibank Borcların təhlili üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Unibank

30.04.2024 - Gəncə

Mühasib

CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

25.04.2024 - Bakı

600 — 800 ₼
Mühasib köməkçisi

“Az Protein Foods Group” MMC  Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Maliyyə meneceri

AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

23.04.2024 - Bakı

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı

500₼
Mühasib Kassir

CMT Group MMC Muhasib -kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

06.04.2024 - Gəncə