Kommersiya direktoru
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Azdizayn Group Kommersiya direktoru vəzifəsi üzrə vakansiya elan edir. Bütün satış strategiyasının hazırlanması və həyata keçirilməsini etməlidir.ir.

Haqqımızda

“AZDIZAYN GROUP” MMC bir idxalçı və topdan satıcı şirkəti olaraq Azərbaycanda 2019-cu ildən etibarən fəaliyyətə başlamışdır. Şirkətimiz keyfiyyətli məhsulları ilə qısa müddət ərzində ölkə bazarlarında öz mövqeyini tutmuş, müştərilərinin güvənc yerinə çevrilmişdir. Biz bu gün, ötən illərdə olduğu kimi müştərilərimizə böyük zövq və yüksək dəqiqliklə peşəkar xidmət göstərməyə davam edirik.

Şirkətimizin əsas istiqamətləri yaşayış və ictimai obyektlər üçün dünyada tanınmış istehsalçıların təmir və üzlük materiallarının, yəni kafel-metlax və keramika məhsullarının, tikinti kimyəvilərinin, hovuz məhsullarının, təbii və travertin daşlarının, hamam mebelləri və aksesuarlarının topdan və pərakəndə satışından ibarətdir. Hədəfimiz alıcıların bizi axtara biləcəyi bütün ünvanlarda onlara yüksək səviyyədə xidmət göstərə bilməkdir. Şirkətimiz “evinizdəki gözəlliyi bizimlə kəşf edin!” sloqanı ilə ən xırda detalların və məhsullarımızla olan böyük sehrli toxunuşların həm evinizə fərqli görünüş qata biləcəyinizi, həm də evinizin öz gözəlliyini bizimlə kəşf edə biləcəyinizi vurğulayır.

Namizədə olan tələblər:

  • Bakalvr;
  • Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili səlis, (Rus dili üstünlükdür)
  • Kompüter bilikləri (MS Office, Micro);
  • Satış bacarığı;
  • Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
  • Kreativ və analitik düşünmə tər.zi və təşəbbüskarlıq;
  • İdarəetmə bacarığı;
  • Təşkiletmə və planlama bacarığı;
  • Biznes danışıqları aparmaq və təqdimat bacarığı;

İş haqqında məlumat:

  • Şirkətin kommersiya fəaliyyət sahəsi üzrə işlərinin düzgün təşkil edilməsi;
  • Bütün satış strategiyasının hazırlanması və həyata keçirilməsi;
  • Satış komandasının hədəflərə doğru yönəldilməsi və onların işinin nəzarətdə saxlanılması
  • Mövcud və gələcək məhsullara qarşı bazar tələblərini müəyyənləşdirilməsi və şirkətin satış həcminin proqnozlaşdırılması;
  • Satış, marketinq komandası və şöbə daxilində olan digər əməkdaşların idarə olunması
  • Rəhbərlik tərəfindən ona həvalə edilmiş səlahiyyətlərindən irəli gələn işlərin yerinə yetirilməsi;
  • İşlərin yerinə yetirilməsi məqsədi ilə tabeçiliyində olan struktur bölmələrə və ya işçilərə rəhbərlik edilməsi;
  • Rəhbərlik etdiyi fəaliyyət sahəsinin işçiləri arasında iş bölgüsünü aparılması;
  • Rəhbərlik etdiyi işçilərin işinə nəzarət edilməsi, onlardan verilən tapşırıqları vaxtlı-vaxtında yerinə yetirmələrinin tələb edilməsi;
  • Şirkətdə mövcud olan daxili prosedur və qaydalara uyğun işlərin təşkil edilməsi;
  • Rəhbərliyin digər tapşırıqlarının yerinə yetirilməsinin təşkil edilməsi.

İş şəraiti:

  • 6 günlük iş həftəsi ;
  • Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • Korporativ nömrə;
  • Yanacaq və amortizasiya xərcləri
  • Əmək haqqı razılaşma əsasında

Vakansiyaya müraciət üçün CV-ləri “Kommersiya direktoru” başlığı ilə hr@az-dizayn.az e-mail ünvanına göndərməyiniz xahiş olunur.

Oxşar vakansiya siyahısı:

600 — 1000 ₼
Satış təmsilçisi

Doğtaş Mebel MMC Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Doğtaş Mebel MMC

02.10.2025 - Bakı

Satış Aqenti

189 Taxi Satış Aqenti vəzifəsi üzrə vakansiya elan edir. ...

189 Taxi

02.10.2025 - Bakı

Продавец-консультант

Zuleykha Accessories dəbli aksessuar butikinə Satış Mütəxəssisi tələb olunur.  ...

Zuleykha Accessories

02.10.2025 - Bakı

Satış Aqenti

189 Taxi Satış Aqenti vəzifəsi üzrə vakansiya elan edir. ...

189 Taxi

05.09.2025 - Bakı

Merçendayzer

Abşeron-Şərab ASC Merçendayzer vəzifəsi üzrə vakansiya elan edir. ...

Abşeron-Şərab ASC

05.09.2025 - Sumqayıt

1800 — 2000 ₼
Məhsul üzrə menecer

AzəriMed QSC Məhsul üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir. ...

AzəriMed QSC

04.09.2025 - Bakı

400₼
Parfümeriya üzrə satış təmsilçisi

AzeriMed LLC Parfümeriya üzrə satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

AzəriMed QSC

04.09.2025 - Bakı

800 — 1200 ₼
Tibbi nümayəndə

AzəriMed QSC Tibbi Nümayəndə vəzifəsi üzrə vakansiya elan edir. ...

AzəriMed QSC

04.09.2025 - Bakı

Anbar işçisi

İnci Group Of Commpanies Anbar işçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

İnci Group of Companies

01.09.2025 - Bakı

Satıcı

İnci Group Of Commpanies Satıcı vəzifəsi üzrə vakansiya elan edir. ...

İnci Group of Companies

01.09.2025 - Bakı