Kollektor
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. KredAqro Kollektor vəzifəsi üzrə vakansiya elan edir. Etibarlı sürücülük vəsiqəsi olmalıdır.

Kollektor (Bakı və Tovuz)

“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC Problemli Kreditlər üzrə Mütəxəssis vəzifəsinə işçi axtarışı elan edir.

Əsas vəzifə və öhdəliklər:

  • Problemli kreditlərin sağlamlaşdırılması və borcun qaytarılması istiqamətində tədbirlərin həyata keçirilməsi;
  • Tələbə uyğun olaraq məhkəmə qərarı olan işlərlə əlaqədar lazımi sənədlərin toplanması və müvafiq struktur bölmələrə təqdim olunmasının həyata keçirilməsi;
  • Problemli kreditlərlə iş üzrə müxtəlif hesabatların hazırlanması və aidiyyatı üzrə təqdim edilməsi;

Tələb olunan keyfiyyətlər:

  • Ali təhsil;
  • Bank və yaxud qeyri bank sahəsində qeyd olunan vəzifə üzrə ən azı 1 (bir) il iş təcrübəsi;
  • Kredit sahəsində ən azı 6 (altı) ay iş təcrübəsi;
  • Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;
  • Etibarlı sürücülük vəsiqəsi;
  • Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
  • Müştərilərlə davranış etikası.

İş şəraiti:

  • İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə);
  • AR ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;
  • Korporativ nömrə və iş görüşmələri zamanı avtomobil ilə təmin edilmə;
  • Müvafiq sahədə təcrübənizi bizim komandada zənginləşdirmə imkanı.

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini recruitment@kredaqro.az elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin və müvafiq regionun adını (Kollektor və regionun adı) qeyd etməklə göndərmələri xahiş olunur.

“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC haqqında ətraflı məlumatı www.kredaqro.com web səhifəsindən əldə edə bilərsiniz.

Oxşar vakansiya siyahısı:

Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)

PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

PASHA Bank

07.05.2025 - Bakı

Mühasib

Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...

Mətanət A

07.05.2025 - Bakı