Kollektor
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Apar şirkəti Kollektor vəzifəsi üzrə vakansiya elan edir.

Şirkət haqqında məlumat:

APAR elektrikli velosiped, velosiped və digər alternativ nəqliyyat vasitələrinin icarəsini innovativ yolla həyata keçirən startap şirkətdir.

Missiyamız şəhərin gözəlliyini və dinamikasını iki təkərlə hiss etmək üçün rahat və ekoloji cəhətdən təmiz bir yol təqdim etməkdir. Xidmətimiz işə getmək yaxud sadəcə təmiz havadan zövq almaq üçün mobil tətbiq vasitəsi ilə elektrikli və pedallı velosipedlərin icarəsini təqdim edir.

Təbiət dostu və aktiv həyat tərzini təbliğ edən layihədə yer almaq istəyirsinizsə qeyd olunan vakansıyanı diqqətlə oxumanızı xahiş edirik.

İş barədə məlumat:

  • Yeni qurulan velosiped kiralama şirkətimiz üçün dinamik, enerjili və fiziki cəhətdən aktiv Kollektorlar axtarırıq. Bu rol, velosipedlərimizin gün ərzində müştərilərimiz üçün ən uyğun və çoxluq olan yerlərə yerləşdirilməsini və idarə olunmasını əhatə edir. Bu vəzifə, şirkətimizin operativ effektivliyini artırmaq və müştəri məmnuniyyətini təmin etmək üzrə önəmli bir rol oynayır. Namizəd, velosipedlərimizin optimal paylanmasını və yer dəyişməsin təmin etməklə, xidmət təklifimizin keyfiyyətini maksimum dərəcədə yaxşılaşdıracaq.

Tələblər:

  • Velosipedlərin şəhərin müxtəlif yerlərində müəyyən edilmiş yerlərə çatdırılması və yer dəyişdirməsi
  • Velosipedlərin təhlükəsizliyinin və texniki vəziyyətinin yoxlanılmasi
  • Gün ərzində velosipedlərin tələbatı yüksək olan yerlərə uyğun şəkildə paylanması
  • Velosiped kiralama sisteminin effektiv işləməsi üçün lazımi logistika və planlaşdırma işlərinin aparılması

Biz nə təklif edirik?

  • Gənc, dinamik və peşəkar kollektivdə işləmək fürsəti
  • Şəhər mərkində iş yeri
  • Peşəkar inkişaf və inkişaf üçün imkanlar ( təlimlər, seminarlar və s.)
  • Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən müəyyən ediləcək

İş vaxtı: Həftə içi 5 gün, 09:00-18:00

Əgər bilik və bacarıqlarınıza güvənir və həmçinin  innovativ startapda yer almaq istəyirsinizsə CV-nizi mail-in mövzu hissəsinə “Kollektor” yazaraq hr@apar.az  ünvanına göndərmənizi xahiş edirik.

Oxşar vakansiya siyahısı:

500₼
Qeydiyyatçı

1st Fitness Qeydiyyatçı vəzifəsi üzrə vakansiya elan edir. Nahar yeməyi şirkət tərəfindən ödənilir. ...

1st Fitness

24.04.2024 - Bakı

Əlavə xidmətlər üzrə operator

Kontakt Home Əlavə xidmətlər üzrə operator vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

23.04.2024 - Bakı