Qısa məzmun
Ziraat Bank Azərbaycan ASC Əməliyyat Departamentinə Klirinq üzrə Kiçik mütəxəssis/Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Türk , Rus və İngilis dili bilikləri müsbət qarşılanır.
Ziraat Bank Azərbaycan ASC Əməliyyat Departamentinə Klirinq üzrə Kiçik mütəxəssis/Mütəxəssis vəzifəsinə işə dəvət edir
Vəzifəyə olan tələblər:
- Ali iqtisadi təhsil;
- Müvafiq sahədə 2 il iş təcrübəsi;
- Kompüter bilikləri (MS Office, Internet);
- Türk , Rus və İngilis dili bilikləri müsbət qarşılanır.
Əsas vəzifələr:
- Azərbaycan Respublikasının qanunvericiliyi, Azərbaycan Respublikası Mərkəzi Bankının normativ aktlarına uyğun qaydada əməliyyatların aparılması və bununla əlaqədar bütün lazımi işlərin yerinə yetirilməsi;
- Günsonu fayllarının (kart hesabları, POS və ATM üzrə əməliyyatlar) prosessinq mərkəzindən qəbulu və bank proqramına tanıdılması/müxabirləşmələrin icra edilməsi və günsonu balansın prosessinq mərkəzinə göndərilməsi;
- “Issuing” və “Ekvayring” əməliyyatları üzrə Bank sponsor, Azərikarddaxili və Azərikardxarici banklarla gündəlik klirinqin aparılması, hesab qalıqlarına nəzarət;
- Pos-terminal müqavilələrinin bankın proqramına tanımlanması və müvafiq sənədləşmənin prosessinq mərkəzinə göndərilməsi;
- ATM İnkassasiya öncəsi və sonrası müvafiq aktların yoxlanılması;
- POS terminalların fəaliyyətinin aylıq monitorinqi;
- Kart əməliyyatları, habelə bankın ATM və POS terminallarında aparılmış əməliyyatlara dair “Etiraz əməliyyatları” və mübahisəli əməliyyatlar üzrə işin aparılması;
- Kart əməliyyatları üzrə limitlərin təyin edilməsində iştirak və tətbiqinin təmin edilməsi;
Göstərilən tələblərə cavab verən namizədlər İyul ayının 31-dək öz CV formalarını cv@ziraatbank.az elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Klirinq” qeyd etməyiniz vacibdir.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Oxşar vakansiya siyahısı:
CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...
“Az Protein Foods Group” MMC Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...
AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
TEZ Logistics MMC şirkəti Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...