Kitabxanaçı
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Müasir tipli Peşə Təhsili Mərkəzi Kitabxanaçı vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • Mərkəzin kitabxana sistemini yaradır;
  • Kitabxananın kitab fondunun düzülüşünü və saxlanılmasını təşkil edir;
  • Kitabxana kataloqlarının təşkilində, ədəbiyyatın işlənməsində iştirak edir;
  • Dərslik fondunun yaradılmasında və qorunmasında iştirak edir;
  • Müxtəlif tədris ədəbiyyatının sistemləşdirilməsi, qorunması və tədris prosesində istifadəsini təmin edir
  • Tələbələrin kitabxanadan istifadəsinə şərait yaradır, müvafiq qeydiyyatını aparır;
  • Kitabxana fondunun elektron bazasını yaradır;
  • Kitabxana fondunun daim genişləndirilməsi və inkişafı üçün təkliflərlə çıxış edir;
  • Kitabxananın mühafizə rejimini formalaşdırır, və ona nəzarət edir;
  • Tələbələrin kitabxanadan istifadə etməli haqqında mütəmadi hesabatlar hazırlayır;
  • Kitabxananın iş rejiminə əməl edir;
  • Kitabxananın perspektiv inkişaf proqramlarının və iş planının hazırlanmasında birbaşa iştirak edir;
  • Mütaliə mədəniyyətini formalaşdıran kitabxana – biblioqrafiya biliklərini tələbələr arasında təbliğ edir.

Bilməlidir:

  • Azərbaycan Respublikasının Konstitusiyasını
  • “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanununu;
  • Daxili əmək intizamı qaydalarını;
  • Əmək qanunvericiliyinin əsaslarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını

Tələblər:

  • ali kitabxanaçılıq və ya ali pedaqoji təhsil, kitabxanaçı vəzifəsində;
  • Müvafiq sahədə ən azı 3 il əmək stajının olması;
  • Ms Office proqramında yüksək səviyyədə işləmək bacarığının olması;
  • Azərbaycan dili mükəmməl, İngilis dili və rus dilini orta üst səviyyədə bilməlidir.

Əmək şəraiti:

  • İş saatları: 1-5 günlər saat 09:00-18:00
  • Əmək qanunvericiliyinin bütün tələblərinin icrası
  • Əmək haqqı 1 000 (Bir min) manat

Maraqlı olanlar CV-ni “Kitabxanaçı” başlığı ilə office@universitasinternational.com ünvanına göndərə bilər.

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...