Kimyaçı Mühəndis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Avrora Kimyaçı Mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Tibbi Sığorta ilə təminat olunur.

Vəzifələr:

  • Laboratoriya avadanlıqları ilə işləmək bacarığı;
  • İstehsal olunan məhsulun fiziki -kimyəvi analizləri və orqonoleptik göstəricilərinə nəzarət etmək;
  • İstehsal olunan məhsullar üzrə xammal, yarımfabrikat və hazır məhsulların mövcud standart və texniki şərtlərə müvafiqliyini təyin emək üçün laboratoriya analizlərini aparmaq;
  • Hər gün istehsal olunan məhsulların qeydiyyatını aparmaq;
  • Testlərin icrası zamanı müşahidələri, nəticələri müəyyən edilmiş qayda ilə səliqəli şəkildə qeyd etmək;
  • Testlərin icrası zamanı keyfiyyət proseduralarına riayət etmək, bu zaman yaranan qeydləri qayda ilə səliqəli şəkildə, tam dolğun aparmaq.

Tələblər:

  • Ali təhsil (kimya, biologiya, tibbi biologiya (mikrobioloq) sahəsində)
  • Kimyaçı – laborant və ya laborant mikrobioloq olaraq minimum 1 il iş təcrübəsi olmalı
  • MS Office (Word, Excel, Outlook) proqramlarında istifadə etmək bacarığı;
  • Laboratoriya cihazları ilə işləmə və onları tənzimləmə bacarığı;
  • Yüksək qavrama və öyrənmə qabiliyyəti;
  • Spirtli içki istehsalı sahəsində çalışma imkanının olması;
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti.

İş Şərtləri:

  • Növbəli iş rejimi;
  • Şirkət hesabına nahar;
  • Tibbi Sığorta ilə təminat;
  • İş yeri Hökməli (servis şirkət tərəfindən təmin olunur).

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Kimyaçı Mühəndis” yazaraq hr@avrora.az ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı