Kimyaçı Mühəndis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Avrora Kimyaçı Mühəndis vəzifəsi üzrə vakansiya elan edir.

İşin qısa təsviri:

Daxil olmuş xammalların normativ sənədlərə əsasən keyfiyyət göstəricilərinin fiziki- kimyəvi analizlərinin həyata keçirilməsi, metodik materiallara uyğun olaraq, analiz, sınaq ölçmə nəticələrinin emal edilməsi, sistemləşdirilməsi, rəsmiləşdirməsi və onların hesabatının hazırlanması.

Vəzifələr:

  • İstehsal olunan məhsulun fiziki -kimyəvi analizləri və orqonoleptik göstəricilərinə nəzarət edilməsi;
  • İstehsal olunan məhsullar üzrə xammal, yarımfabrikat və hazır məhsulların mövcud standart və texniki şərtlərə müvafiqliyinin təyin edilməsi üçün laboratoriya analizlərinin aparılması;
  • Hər gün istehsal olunan məhsulların qeydiyyatının aparılması;
  • Testlərin icrası zamanı müşahidələrin və nəticələrin müəyyən edilmiş qayda ilə səliqəli şəkildə qeyd edilməsi;
  • Testlərin icrası zamanı keyfiyyət prosedurlarına riayət edilməsi, bu zaman yaranan qeydlərin qayda ilə səliqəli şəkildə, tam dolğun aparılması.

Sahə üzrə bilik və bacarıqlar :

  • Laboratoriya cihazları ilə işləmə və onları tənzimləmə bacarığı;
  • MS Office (Word, Excel, Outlook) proqramlarından istifadə etmək bacarığı;
  • Yüksək qavrama və öyrənmə qabiliyyəti;
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti.

Tələblər :

  • Ali təhsil (kimya, biologiya, tibbi biologiya (mikrobioloq) sahəsində);
  • Kimyaçı – laborant və ya laborant- mikrobioloq olaraq minimum 1 il iş təcrübəsinin olması;
  • Spirtli içki istehsalı sahəsində çalışma imkanının olması.

İş şərtləri :

  • Növbəli iş rejimi;
  • Şirkət hesabına nahar;
  • İş yeri Hökməli (servis şirkət tərəfindən təmin olunur).

Biz nə təklif edirik :

  • Karyera və peşəkar inkişaf üçün əla imkanlar;
  • Təlim və inkişaf proqramlarının geniş çeşidi;
  • Mükəmməl peşəkar komanda və mehriban mühit;
  • Sağlamlıq və həyat sığortası.

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu yerinə “Kimyaçı Mühəndis” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Mənbə: jobsearch.az

Oxşar vakansiya siyahısı:

500 — 700 ₼
Montajçı Elektrik

AZELKO MMC Montajçı Elektrik vəzifəsi üzrə vakansiya elan edir. ...

AZELKO MMC

20.05.2024 - Bakı