Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Ayan MMC Kimyaçı laborant (Alkoqolsuz içkilərin istehsalı) vəzifəsi üzrə vakansiya elan edir. Xanım namizədlər arzuolunandır.
Vəzifə funksiyası:
- Laboratoriya mütəxəssisinin tapşırığı və nəzarəti altında laboratoriya testlərini müəyyən edilmiş proseduralara əsasən vaxtında və keyfiyyətlə həyata keçirməli;
- Testlərin icrası zamanı müşahidələri, nəticələri müəyyən edilmiş qayda ilə səliqəli şəkildə qeyd etməli;
- Avadanlıqların istifadəsi zamanı onları yoxlamaq, kalibrə etmək, avadanlıqların dövri qulluq qaydalarına riayət etmək, bu zaman yaranan qeydləri qayda ilə səliqəli şəkildə, tam dolğun aparmaq;
- İş prosesi ərzində yaranan istənilən uyğunsuzluq barəsində birbaşa laboratoriya mütəxəssisinə məlumat vermək;
- Laboratoriya mütəxəssisinin tapşırığı və nəzarəti altında nümunələrin götürülməsi və laboratoriyaya çatdırılması;
- Test proseduruna uyğun olaraq laboratoriya ləvazimatlarının, qablarının hazırlanması (yuyulması və s.);
- Rəhbərliyin tapşırığı və nəzarəti altında sənədlərin hazırlanması;
- Zay məhsul istehsalının səbəblərini tədqiq edir və onların qarşısının alınması və aradan qaldırılması üçün tədbirlərin işlənib hazırlanmasında iştirak edir.
Tələblər:
- Kimya, biologiya, (mikrobioloq) sahəsində ali təhsil mütləqdir;
- Kimyaçı – laborant və ya laborant mikrobioloq olaraq iş təcrübəsi mütləqdir;
- Xanım namizədlər arzuolunandır;
- Qida istehsalı sahəsində (alkoqolsuz içkilərin istehsalı) peşəkar laborant kimi təcrübəyə və bacarığa malik olmalı;
- İş təcrübəsi minimum 5 il;
- Yaş həddi 30-45.
- Ona həvalə edilən qurğu və cihazların quruluşunu və işləmə qaydalarını bilməli;
- Analizin Beynəxalq standartlara və metodlara uyğun olaraq aparılmasını təmin etməli;
Əlavə məlumatlar:
- Əmək haqqı: Razılaşma əsasında; (təcrübə və biliklərə uygun)
- Şirkət tərəfindən naharla və korporativ nömrə ilə təmin edilmə;
- İş qrafiki: 6 gün, 08:00 – 18:00