Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Azərbaycan Beynəlxalq bank Kiçik və Orta Sahibkarlara Xidmət üzrə Təcrübəçi/Assistant vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- KOS subyekti olan müştərilər üzrə ilkin sənəd dövriyyəsini həyata keçirmək;
- KOS subyekti olan müştərilər üzrə əməliyyat sorğularını lazımi struktur orqanlarla əlaqələndirmək, əməkdaşlıq və müraciət zamanı prosesi təqib etmək və yarana biləcək problemlərin həllinə sonadək dəstək olmaq;
- Kredit sifarişi üzrə təhlil prosesində məlumatların yığılmasında iştirak etmək;
- KOS subyekti olan müştərilər üzrə gecikmələrin ilkin təqibini həyata keçirmək;
- Rəhbərliyin aidiyyatı digər tapşırıqlarını icra etmək, şöbənin və departamentin fəaliyyəti dövrü ərzində əmələ gələn digər vəzifələri yerinə yetirmək;
Vakant vəzifə üzrə tələblər:
- Ali iqtisadi təhsil;
- Səlis Azərbaycan dili, (Rus dili və İngilis dili arzuolunandır);
- MS Office proqramları ilə işləmə baracığı;
- Yüksək səviyyədə ünsiyyət qurmaq bacarığı;
- Yüksək səviyyədə satıcılıq xüsusiyyətləri;
- İş təcrübəsi tələb olunmur.
Bu iş sizə nələri qazandıracaq:
- Regionun aparıcı Bankının fəaliyyətinin dərindən öyrənilməsi imkanı;
- Müvafiq sahədə özünüzü reallaşdırmaq imkanı;
- Təcrübəli və motivasiyalı komandanın üzvü olmaq;
- Təcrübə proqramının sonunda iş təklifi qazanmaq imkanı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 30 aprel 2020-ci il tarixinədək cv@ibar.az elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən şəhər və vəzifə adının “KOS-Təcrübəçi/Assistant” göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Əlavə məlumat üçün: www.ibar.az
Oxşar vakansiya siyahısı:
INEO Group şirkəti Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Dashyunu.az MMC şirkəti 1C Operator vəzifəsi üzrə vakansiya elan edir. Analitik düşüncə qabliyyəti və riyazi bilik səviyyəsi olmalıdır. ...
Meqa Həyat Sığorta şirkəti Mühasib - aktuar vəzifəsi üzrə vakansiya elan edir. ...
Dashyunu.az MMC şirkəti Maliyyə Direktoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Brand Credit BOKT Baş Kredit Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Əmək haqqı 700 + Bonus. Brand Credit BOKT Aparıcı Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Brand Credit BOKT Kredit Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...