Qısa məzmun
Başak Group MMC Kiçik mühasib vakansiyasını elan edir.
Namizədə aid tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə 2 il təcrübə;
- Azərbaycan dili ( rus və ingilis dili üstünlükdür);
- MS office və 1 C 8.3 proqramı biliyi;
- Ünsiyyət qurmaq bacarığı;
- Kollektivdə işləmək bacarığı;
- Vergi Məcəlləsi üzrə biliklər.
Vəzifə öhdəlikləri:
- Xərclərin və gəlirlərin uçotu, E-qaimələrin tərtib edilməsi qarşı tərəfə göndərilməsi;
- Daxil olan fakturaları E-qaimələri 1 C proqramında daxil etmək.(bank ödənişləri üçün ödəniş məlumatlarını aparmaq və avanslar üzrə);
- Xərclərin və gəlirlərin hesabatını tərtib etmək, bank çıxarışlarını işləmək, depozitləri nəzarətdə saxlamaq;
- Kreditor və debitor öhdəliklərin, material ehtiyyatlarının,pul vəsaitlərinin,dövriyyəsinin və xərclərin, göstərilən xidmətlərin, cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin qeydiyyatını aparmaq;
- Lazımı maliyyə hesabatlarının (Balans, Mənfəət-Zərər və pul vəsaitlərinin hərəkəti ) hazırlanması və Baş mühasibə konsolidasiya hesabatlarında və Vergi hesabatlları üçün məlumatları təmin etmək;
- Analitik təhlil etmə qabiliyyəti ,mal və materialların uçotunun aparılması;
- Elektron portallarında işləmə bacarığı (e-taxes, statistika);
- Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqinin hesablanması;
- Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması.
İş qrafiki:
- Həftə içi 5 gün saat 09:00-18:00,
- Nahar şirkət tərəfindən verilir,
- Korporativ nömrə (korporativ paket),
- Əməkhaqqı: 800-1000 AZN (bilik-bacarığa əsasən artandır)
- Ünvan: Bakı şəh, Dərnəgül şossesi, Ziya Bünyadov 13.
Tələblərə uyğun şəxslər CV formalarını hr@bashakgroup.az electron poçt ünvanına, mövzu hissəsinə “Kiçik mühasib” yazaraq göndərə bilərlər. Qeyd edək ki, yalnız təcrübəsi olan şəxslərin cv formalarına baxılacaq
Oxşar vakansiya siyahısı:
SUPERFON Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...
Camal LTD şirkəti 1C operator vəzifəsi üzrə vakansiya elan edir. Məsulliyyətli, ciddi və işguzar olmalıdır. ...
Premium Bank Əməliyyat risklərinin idarə edilməsi üzrə aparıcı/baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...