Kiçik Məhsul Sahibi (Kart loyallığı üzrə)
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

PASHA Bank Kiçik Məhsul Sahibi (Kart loyallığı üzrə) vəzifəsi üzrə vakansiya elan edir.

İşiniz nədən ibarətdir?

  • Biznesə təsiri təmin etmək üçün müştəri yönümlü rəqəmsal məhsulların təqdim edilməsi və çoxsahəli funksiyaya malik komandaların idarəedilməsi;
  • Əsas tərəfdaşlar və məhsul sponsorları ilə ünsiyyətin qurulması.
  • Məhsullar üçün istifadəçi hekayələrinin toplanması və təhlili
  • Məhsullar üçün qəbul meyarlarının yaradılması
  • Müştəri yol xəritəsinin və məhsulların yol xəritəsinin yaradılması
  • Məhsul üzrə biznes keysin tərtib edilməsi
  • Məhsulların yaradılmasına görə məsuliyyət. Yeni və mövcud məhsulların dəyərinin artırılması. Yüksək müştəri məmnuniyyətini təmin edilməsinə yönəldilmiş fəaliyyəti, əsas biznes problemlərinin həll edilməsi;
  • Fərdi müştərilər seqmenti üçün yeni məhsullar konsepsiyasının aidiyyatı olan ekspertlər ilə koordinasiya edilməsi
  • Yeni məhsulun hərtərəfli texniki-iqtisadi əsaslandırması və həyata keçirilməsinin proqnozlarının verilməsi
  • Uğurlu beynəlxalq təşkilatlardan məhsulun inkişafı təcrubəsinin öyrənilməsi
  • Biznes işinin təşkil edilməsi (məs. xərclərin qiymətləndirilməsi, mənfəətlilik və investisiyadan qayıdışın ölçülməsi, qəbul olunmuş standard və s.)
  • Mövcud olan məhsulların təhlili və məhsulların yenilənməsi üzrə imkanların axtarılması
  • Fərdi müştərilər üçün olan məhsul pasportlarının, təlimatların və proseslərin hazırlanması və ehtiyac duyulduqda onların yenilənməsi
  • Üçüncü tərəflər ilə ən münasib olan şərtlərin razılaşdırılması
  • Seqmentlər və məhsullar səviyyəsində kommersiya planlaşdırmasında və büdcələşdirməsində iştirak
  • Digər məhsul sahibləri ilə qarşılıqlı əməkdaşlıq və mümkün dəstəyin göstərilməsi.

Tələblər

Sizdən nə tələb olunur?

  • Təcrübə: Biznes və ya İT sahəsində 1 ildən artıq məhsul inkişafı üzrə peşəkar təcrübə
  • Təhsil: Maliyyə və İqtisadiyyat üzrə ali təhsil
  • Lisenziya / Sertifikat: PSPO, PSM sertifikatların sahiblərinə üstünlük verilir
  • Xarici dil: İngilis dili (səlis), rus dili (üstünlük)

Məhsul üzrə biliklər:

  • Güclü analitik bacarıqlar
  • Modelin simulyasiyası və məlumatların təhlili sahəsində bacarığı
  • Billinq fakturaları və mübadilə haqları (interchange fees) daxil olmaqla kart biznesi təcrübəsi
  • MasterCard və Visa beynəlxalq ödəniş sistemləri ilə iş təcrübəsi
  • Kartla ödəniş infrastrukturu haqqında biliklər
  • Rəqəmsal ödənişlər, fırıldaqçılığın idarə edilməsi və kart sistemləri üzrə normativ baza bilikləri
  • Bank prosesləri haqqında ümumi biliklər
  • PCI DSS standartları haqqında ümumi məlumat
  • Kart məhsullarının satışa çıxarılması üzrə təcrübəyə üstünlük verilir
  • Agile düşüncə tərzi

Bazar üzrə biliklər:

  • Ölkədaxili və ölkə xarici kart bazarı üzrə biliklər
  • Bazarda olan qeyri kredit məhsullar haqqında biliklər

Link: https://qlor.me/ljskek9oo

Oxşar vakansiya siyahısı:

Mühasib

CMT Group MMC Muhasib vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

25.04.2024 - Bakı

600 — 800 ₼
Mühasib köməkçisi

“Az Protein Foods Group” MMC  Mühasib köməkçisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

24.04.2024 - Bakı

Maliyyə meneceri

AZDIZAYN GROUP Maliyyə meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

23.04.2024 - Bakı

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı

500₼
Mühasib Kassir

CMT Group MMC Muhasib -kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

CMT Group MMC

06.04.2024 - Gəncə

Mühasib

TEZ Logistics MMC şirkəti Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

TEZ Logistics

27.03.2024 - Bakı