Kiçik hüquqşünas
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 600-700 AZN. Global Food Company kiçik hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir. Xasiyyətnamə tələb olunur.

Namizədə aid tələblər:

  • 20-25 yaş arasında;
  • Hüquq sahəsində ali təhsil;
  • Azərbaycan dili (mükəmməl), Rus dili yaxşı səviyyədə, İngilis dili-arzu olunandır;
  • Hüquq sahəsində 1 ildən az olmayaraq iş təcrübəsi;
  • AR Mülki, Mülki-prosessual, Əmək, Cinayət,Vergi Məcəllələri üzrə biliklər;
  • Microsoft Office proqramları üzrə biliklər;
  • Hüquqi nitq və peşəkar yazışma qabiliyyəti;
  • Məsuliyyət, dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti;
  • Ünsiyyətqurma və komandada işləmək bacarığı.

Əsas vəzifə və öhdəliklər:

  •  Şirkətin daxili normativ sənədlərin hazırlanması;
  • Şirkət müqavilələrinin, əmrlərin, sərəncamların tərtib edilməsi;
  • Lokal müqavilələrin tərtibi, hüquqi ekspertizası;
  • Müvafiq dövlət orqanları və idarə(təşkilatlara) rəsmi müraciətlər, məktubların tərtibi və müvafiq məsələ üzrə hüquqi rəy verilməsi;
  • İddia ərizələrin yazılması, elektron məhkəmə sistemi üzərindən iddia ərizələrin qanunvericiliyə müvafiq qaydada verilməsi proseduru;
  • Şirkətin fəaliyyətində BNA, ADRA, AQTA ilə bağlı yaranmış işguzar fəaliyyətdə müəyyən icazələrin, sertifikatların, nişanların və s. sənədlərin alınması, müəyyən olunmuş qüsurların aradan qaldırılması;
  • Müqavilələrin qeydiyyatının aparılması və arxivləşdirilməsi;
  • Sertifikatların alınması;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların tam və vaxtında icrasının təmin edilməsi.

 

İş şəraiti:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • 5 günlük iş rejimi;
  • Əmək haqqı: 600-700 AZN.

CV göndərərkən mövzu yerinə vakansiyanın adı qeyd olunsun.

Oxşar vakansiya siyahısı:

600 — 700 ₼
Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi

Embafinans Məhkəmə-icra, təqib qrupunun mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Embafinans

15.04.2024 - Bakı