Kiçik hüquqşünas
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

ACON Consulting Kiçik hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir.

“ACON Consulting” MMC hüquq sahəsində praktiki biliklərini və vərdişlərini artırmaqda maraqlı olan, öyrənməyə həvəsli, komandada işləmək bacarığı olan gənclər üçün “Kiçik-hüquqşünas” vakansiyasını elan edir.

Namizədə dair tələblər:

  • Hüquqşünaslıq ixtisası üzrə ali təhsil (müvafiq sahədə başlanğıc praktik təcrübəsi olanlara üstünlük veriləcəkdir)
  • İngilis dilində B2 səviyyəsində olmalı
  • Ünsiyyət qurma və komandada işləmək bacarığı

Görüləcək işlər:

  • Müqavilələrin tərtibi,
  • Hüquqi rəylərin hazırlanması,
  • Sorğu, vəsatət, apellyasiya və kassasiya şikayətlərinin və ərizələrin yazılması.
  • Müştərilərin və şirkətin maraqlarının müvafiq dövlət qurumlarında təmsil olunması
  • Veriləcək digər hüquqi tapşırıqların icra olunması

İş şəraiti

  • Əmək haqqı müsahibə əsasında müəyyən ediləcəkdir.
  • İş vaxtı həftənin 1-5 ci günlər (tam iş qrafiki)

Maraqlanan şəxslər CV-ni Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər.

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...