Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Azerbaijan Supermarket LLC Kiçik Elektrik mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. Düzgün iş prosesini inkişaf etdirmə bacarığı olmalıdır.
Vəzifə öhdəlikləri:
- Dizayn, təhlükəsizlik, etibarlılıq və səmərəliliyin inkişaf etdirilməsi məqsədilə fəaliyyətlə bağlı təkmilləşdirmələrin araşdırılması üzrə texniki ekspertiza təşkil etmək;
- Kompleks tikinti sistemlərinin məlumatlandırlması, istiqamətləndirilməsi və istismara verilməsi üzrə layihələrin elektrik infrastrukturunu anlaya biləcək şəxsi keyfiyyətə malik olmaq;
- Tender təkliflərinin qiymətləndirilməsi və təhlilinin hazırlanmasında iştirak etmək;
- Əməliyyat və istismar xərclərinin azaldılması və istismar müddəti və kapital dəyişdirilməsi xərcləri və enerji istehlakının məhdudlaşdırılması üçün layihənin təhlili proseslərində iştirak etmək;
- Layihələrin ilkin-əməliyyatlar və əməliyyatlar mərhələlərində, o cümlədən elektrik sisteminin seçilməsində fəal iştirak etmək; Müəssisə daxili maliyyə smetasının qiymətləndirilməsi; layihələr üzərində kodların və zona bölgüsünün təsiri; xərclərin optimallaşdırılması; Mexaniki/elektrik koordinasiya prosesinə nəzarət; sistematik konstruktivlik icmalı; istismar müddətinin təhlili də daxil olmaqla elektrik sisteminin seçilməsi; elektrik sistemi tənzimləyicisi seçimlərinin təhlili və sistemlə bağlı tövsiyyələr vermək;
- Avadanlıqların nasazlıqlarını araşdırmaq və xətalı əməliyyatların səbəbini müəyyənləşdirmək;
- Layihənin həyata keçirilməsi zamanı konstruktiv dəyişikliklərə nəzarət etmək;
- Alt-sistem fəaliyyətini və tələblərin dəyişdirilməsi və ya yenilənməsini qiymətləndirilmək məqsədilə qurğuların idarə olunması üzrə ətraflı texniki məlumat vermək;
- Müştərilər, podratçılar, memarlar, və layihənin digər komanda üzvləri ilə bütün qarşılıqlı əlaqələr zamanı şirkəti təmsil etmək;
- Texniki baxış üzrə məsul əməkdaşların işini planlaşdırmaq, prioritetləşdirmək, təyin etmək, onlara nəzarət etmək və yoxlamaq, eləcə də bu əməliyyatlarda iştirak etmək;
- Avadanlıqlara texniki baxış keçirilməsi üzrə cədvəl və metodlar hazırlamaq; resurs tələbatlarını müəyyənləşdirmək; müvafiq idarəetmə heyəti ilə birgə ehtiyacları müzakirə etmək; resursları müvafiq qaydada bölüşdürmək;
- Quraşdırma, təftiş, təmir işlərinə, nasazlığın aradan qaldırılmasına və binaların, infrastrukturların, və müəssisə avadanlıqlarının gündəlik texniki baxışına nəzarət etmək.
- Bütün müəssisələr və avadanlıqlar üçün profilaktik baxış və təhlükəsizliyin yoxlanılması proqramları yaratmaq və həyata keçirmək;
- Ətraf mühit, sağlamlıq və təhlükəsizlik prinsiplərinə riayət olunması məqsədilə binaların və qurğuların yaxşı vəziyyətdə saxlanılması üzrə məsuliyyət daşımaq;
- Podrat işinin təşkili üçün podratçılarla qarşılıqlı əlaqələr qurmaq;
- Sualları cavablandırmaq və ictimaiyyəti məlumtalandırmaq; Şikayətləri araşdırmaq və onların həlli üçün müvafiq işlərin görülməsi barədə tövsiyyələr vermək;
- Şikayətləri qeyd etmək və onlar barədə SD Müəssisə Menecerinə həftəlik hesabat vermək.
Vəzifənin tələbləri:
- Obyektlərin idarə olunması, tikinti və ya oxşar vəzifə ilə bağlı 0-3 illik iş təcrübəsi;
- Bakalavr dərəcəsi;
- Bütün fərdlər və şəxslərlə açıq ünsiyyət və işləmək bacarığı, gülərüz, həvəsli;
- Düzgün iş prosesini inkişaf etdirmə bacarığı.
- Davamlı ünsiyyət və münaqişələrin həll edilməsi bacarığı;
- Mükəmməl təqdimat bacarığı;
- Başqaları ilə bacarıq və bilikləri bölüşmək qabiliyyəti;
- Sınaqdan keçirilən şəxslərarası, şifahi və yazılı ünsiyyət bacarıqları;
- Vaxtını düzgün idarə edilməsi;
- İ.T.üzrə lazımi biliklər.
- Bütün hallarda həmkarlarına məsləhət vermək və ya dəstək olmaq bacarığı və istəyi;
- Güvənilən və etibarlı, nəzarət olunmayan iş qabiliyyəti.
Necə müraciət etmək olar
- Vəzifənin adını “Mövzu” bölməsində qeyd etmək.
- CV-nizi hr@azerbaijansupermarket.com email ünvanına göndərmək.