Qısa məzmun
eManat Kiçik backend proqramçı vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Veb/mobil platformanın fəaliyyəti üçün müvafiq kodlaşdırmanın həyata keçirilməsi və platformanın fəaliyyəti dövründə çıxan xətaların aradan qaldırılması;
- Növbəti istifadə üçün təkrar istifadə oluna bilən kodlardan və kitabxanalardan istifadə edilməsi;
- Yeni texnologiyaların tətbiq edilməsi;
- Platformanın sabitliyinin təmin edilməsi və funksional imkanların əlavə edilməsi üzrə komandanın digər üzvləri ilə aktiv müzakirələrdə iştirak etmə;
- Komandaya yeni qoşulan həmkarlara dəstək olma, müvafiq təlimlərin keçirilməsi.
Tələblər:
- Java proqramlaşdırma dili üzrə ilə ən azı 1 il iş təcrübəsi
- Spring Core, Spring Boot, Spring Data, Spring Security, JPA/Hibernate biliklər
- SQL verilənlər bazası (RDBMS: PostgreSQL) bilikləri
- NoSQL: MongoDB bilikləri
- OOP prinsiplərini bilmək
- Git ilə iş təcrübəsi
- RESTful API ilə iş təcrübəsi
- CI/CD, Kubernetes, Docker bilikləri üstünlükdü
Şəxsi keyfiyyətləri:
- Komanda şəklində işləmə bacarığı
- Məsuliyyətli, təşəbbüskar və işgüzar
- Korporativ ünsiyyət bacarıqları.
Təhsil və dil bilikləri:
- Ali təhsil;
- Dil bilikləri :
- İngilis dili – Upper intermediate
- Rus dili – B2 (üstünlükdür)
İş şəraiti:
- Ofis daxili;
- İş rejimi həftənin 5 günü (09:00 – 18:00);
- Təşəbbüskar təkliflərin dəyərləndirilməsi;
- Əmək haqqının 15 gündən bir ödənilməsi;
- Tibbi sığorta təminatının verilməsi;
- Nahar yeməyinin təmin olunması;
- “Birlikdə istirahət” tədbirlərinin keçirilməsi;
Maraqlananlardan xahiş olunur, öz CV-lərinizi email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaqdır. Göndərilən CV-lərdə mövzu adı yerində “Kiçik backend proqramçı” yazılmalıdır.
Oxşar vakansiya siyahısı:
AS Group Data Analitik vəzifəsi üzrə vakansiya elan edir. ...
PROSYS LLC İT üzrə Biznes Analitik vəzifəsi üzrə vakansiya elan edir. ...
Apar şirkəti Mobil Tətbiq üzrə Məhsul Təcrübəçi vəzifəsi üzrə vakansiya elan edir. ...
Aznet Technologies QSC Telekommunikasiya şirkətinə Biznes analitik tələb olunur. ...
Aznet Technologies QSC Şəbəkə inzibatçısı vəzifəsi üzrə vakansiya elan edir. ...
AzInTelecom MMC Middle Android developer vəzifəsi üzrə vakansiyasını elan edir ...