Kibertəhlükələrin Analizi üzrə Mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

PASHA Bank Kibertəhlükələrin Analizi üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Təsvir

İşiniz nədən ibarətdir?

  • Bankdan daxil olan sorğuların dəstəklənməsi üçün təhdidlərin xarakterinin dəyişməsi ilə əlaqədar tələb olunan məlumat mənbələrini müəyyənləşdirmək
  • “Threat Intelligence”-a aid məlumat mənbələrinin uyğunluğunu qiymətləndirmək üçün etibarlı hesabat vermək; məlumat boşluqlarını vurğulamaq və mənbələri təsdiqləmək
  • Analiz üçün məlumatların alınması və işlənməsi üçün informasiya emal texnologiyasından istifadə etmək
  • Təhdidlərin landşaftı haqqında proqnozlaşdırılmış təsəvvür yaratmaq üçün daxil olan Threat Intelligence məlumatlarının bankla əlaqəsini və təsirini müəyyənləşdirmək üçün təhlil aparmaq
  • Yeni komprometasiya göstəricilərini (IOCs) müəyyənləşdirmək və IOC məlumat bazasının davamlı saxlanılmasına dəstək vermək
  • Təhlükəyə aid yeni IOC-ların sayı, təhdidlərlə əlaqəli yenilənmiş IOC-ların sayı, təhdidlərə aid TTP-lər və təsirə məruz qalan/hədəf sistemlərini əhatə edən yeni nöqsanlar barədə hesabat təqdim etmək
  • Yeni müəyyən edilmiş təhdidləri, təsirlənmiş aktivləri və əlaqəli hücum vektorlarını biznes tələbləri ilə birlikdə Use Case-lərə çevirmək
  • Müəyyən olunmuş hesabat göstəricilərinə əsasən müntəzəm hesabat təqdim etmək
  • Zəifliklərin idarə olunması platformalarına dəstək göstərmək
  • Bütün kritik texnoloji platformaların zəiflik skanın səmərəli işini (tam əhatə dairəsini) təmin etmək
  • Təşkilatın sistemlərindəki bütün potensial zəiflikləri müəyyənləşdirmək üçün şəbəkədəki bütün sistemləri avtomatik olaraq taramaq üçün ən son Security Content Automation Protocol-a (SCAP) uyğun zəiflik tarama vasitəsindən istifadə etmək

Tələblər

  • Sizdən nə tələb olunur?
  • Təhsil: İnformasiya texnologiyaları, Riyaziyyat və digər əlaqəli sahə üzrə bakalavr dərəcəsi
  • Tələb olunan iş təcrübəsi:  Kiber təhlükəsizlik üzrə 1-3 il iş təcrübəsi
  • Lisenziya / Sertifikat: CompTIA Security+, CompTIA CySA+ və digər kibertəhlükəsizlik üzrə əlaqəli sertifikatlar
  • Xarici dillər: İngilis(orta),
  • Kompüter bilikləri:
  • Bir və ya daha çox Threat Intelligence platformaları ilə təcrübə
  • Açıq mənbə Threat Intelligence üzrə (OSİNT) məlumat toplama alətləri və Threat Intelligence vendor portalları ilə təcrübə
  • Müvafiq məlumat formatları üzrə biliklər (JSON, STIX və s.)
  • Jurnal formatları üzrə biliklər
  • Təhlükəsizlik hadisələrinin cavablandırılmasının əsasları haqqında anlayış
  • Network forensics sahəsində bilik/təcrübə: şəbəkə trafiki protokolları, trafik təhlili( məsələn, PCAP), müdaxilənin aşkarlanması
  • OWASP top 10 və WASC Threat Classification bilikləri
  • Müxtəlif zəifliklərin skanerləri ilə təcrübə
  • Məhsul üzrə biliklər: N/A
  • Bazar üzrə biliklər: N/A

Başqa tələblər:

  • Proses və prosedurlara uyğunluq
  • Güclü analitik və kök səbəbli analiz bacarıqları
  • Təzyiq altında işləmək
  • Bir komandada səmərəli işləyə bilən komanda oyunçusu
  • Multi-tasking environment
  • Effektiv şifahi və yazılı ünsiyyət bacarıqları
  • Problemlərin həllində bacarıqlar
  • Zəka təhlili modelləri üzrə sənaye standartları və analitik bacarıqları ilə texnikanı başa düşmək

Link: https://qlor.me/les36fod

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...