Kiber təhlükəsizlik üzrə Analitik
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

ProSol QSC Kiber təhlükəsizlik üzrə Analitik vəzifəsi üzrə vakansiya elan edir.

Biz-kökləri yüksək texnologiyalar sahəsində İsrail sənayesinə gedən, ölkədə təhlükəsiz kiber-mühitin yaradılmasına sadiq olan Azərbaycan şirkətiyik. Təhlükəsiz və etibarlı rəqəmsal ekosistem yaratmaqda hökumətlərin, kritik infrastruktur təşkilatlarının və korporativ müəssisələrin kibertəhlükəsizlik və İnformasiya Texnologiyalarının (İT) ehtiyaclarını qarşılayırıq. Texnoloji üstünlüyü, məlumatların təhlili və biznes yönümlü düşüncəni tətbiq edərək, müştərilərimizə biznes məqsədlərini və strategiyalarını daha sürətli şəkildə müdafiə etməyə kömək edirik.

Biz nə edirik

Müştərilərimizlə biznes məqsədlərini tam şəkildə dəstəkləyən aydın Kiber Təhlükəsizlik strategiyasının inkişaf etdirilməsi üzərində işləyirik. PROSOL-un kiber risklərin idarə edilməsi üzrə məsləhətçiləri kimi, biz müştərilərə kiber risklərin idarə edilməsi və IT üçün xüsusi nəzarət arxitekturasını optimallaşdırmağa kömək edirik.

Vakansiya: Kiber təhlükəsizlik üzrə Analitik

Vəzifə öhdəlikləri:

  • İnformasiya sistemləri, İT sahəsi və biznes risklərini anlamaq və tətbiq etmək;
  • Müştəri heyəti və layihə komandası ilə birbaşa ünsiyyət;
  • Layihə planına uyğun olaraq eyni zamanda bir neçə layihənin üzərində işləmək bacarığı
  • Kiber təhdidlərin araşdırılması və tapılmasına dəstək olmaq
  • Boşluqların aradşrılması və tapılmasına dəstək göstərilməsi
  • Aktiv və passiv növlərdə informasiya toplanmasında aktiv iştirak etmək
  • Toplanan informasiyanın analizinin aparılmasında iştirak etmək
  • Hesabatların hazırlanması və üst rəhbərə təqdim olunması
  • Təhlükə Diaqnostikasını aparmaq və təhlükəni araşdırmaq üçün bir çox daxili qrupla koordinasiyada iştirak etmək
  • Ayrı-ayrı günlük kiber araşdırma sənədlərini işləmək və xüsusi hadisə göstəricilərini çıxarmaq
  • Hadisə göstəricilərini işləmək, təşkil etmək, təhlil etmək və kontekstləşdirməyə kömək etmək

Tələblər:

  • Ali təhsil / gözlənilən dərəcə (Tətbiqi riyaziyyat, İqtisadi kibernetika, Kompüter elmləri sahəsində olanlara üstünlük verilir);
  • İnformasiya sistemlərinin, eləcə də, PC-əsaslı proqramlarında səriştə;
  • Tətbiqlərin, interfeyslərin, sistem infrastrukturunun, məlumatların emalı və ümumi texnologiya idarəetmə elementlərinin auditi sahəsində təcrübə;
  • Ofis proqramları ilə işləmək bacarığı: MS Excel, MS Word, MS Power Point, Outlook
  • Azərbaycan, ingilis dillərində əla yazılı və şifahi ünsiyyət bacarıqları. Rus dili arzuolunandır;
  • Bir çox vəzifələri eyni zamanda həll etmək üçün plan imkanı;
  • Diqqət və analitik düşünmə bacarığı;
  • Qoyulan vaxt çərçivəsində və təzyiq altında işləmək bacarığı ;
  • Öz təşəbbüsü və komandanın bir hissəsi kimi işləmək bacarığı ;
  • Əla təqdimat, həmçinin, hesabatların yazılması da daxil olmaqla, ünsiyyət bacarıqları ;

Biz nə təklif edirik:

  • PROSOL şirkətində sizin uzunmüddətli gələcəyiniz bizim üçün də vacibdir. Buna görə məqsədimiz bir ömür boyu sizə lazım olacaq təcrübə verməkdir. Təlim və inkişaf, biznes və ya könüllü imkanları inkişaf etdirmək üçün uğurlu karyera qurmaq əsnasında zəngin təcrübə əldə edəcəksiniz. Biz bu xüsusiyyətimizlə fəxr edirik – işə qəbul olunan işin məsuliyyətini qəbul edir, yeni düşüncə tərzlərini təşviq edir və müxtəlifliyi və inkluzivliyi əhatə edir. Bizim də ruhumuz innovatordur və biz işimizi necə və nə etdiyimizdə – daha yaxşı olmaq üçün çalışırıq. Bundan əlavə, biz təklif edirik:
  • Fəaliyyətə əsasən artan əmək haqqı;
  • Şəffaf karyera yolu;
  • Təlim və inkişaf proqramlarının geniş mövcud olduğu şərait;
  • Beynəlxalq yönümlü müxtəlif layihələrdə iştirak etməklə peşə vərdişlərinin daha da inkişaf etdirilməsi imkanları;
  • Müraciət üçün son tarix: 30.09.2021
  • Müraciətlərinizi, vakansiya başlığını mövzu bölümünə qeyd etməklə hr@prosol.az e-mail adresinə göndərə bilərsiniz. Həmçinin, şirkətimiz barədə ətraflı məlumatı yenilənmiş www.prosol.az ünvanından əldə edə bilərsiniz.

Oxşar vakansiya siyahısı:

Business Analyst

ERP-INTEL" MMC şirkəti olaraq "Business Analyst" vakansiyası aktivdir, ...

ERP İNTEL MMC

26.04.2024 - Bakı

İngilis dili (Data Science üçün )

Təlimçi Data İngilis dili (Data Science üçün ) həftədə 1 dəfə olmaqla dərslər keçəcəkdir. ...

Eduaz.com

24.04.2024 - Bakı

Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis

Kontakt Home Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Beynəlxalq Bankı

23.04.2024 - Bakı

Proqram təminatı üzrə aparıcı mühəndis (Senior Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...

Kontakt Home

17.04.2024 - Bakı

HelpDesk (kiçik mütəxəssis)

BERC Group MMC HelpDesk (kiçik mütəxəssis) vakansiyası üzrə işə qəbul elan edir. ...

BERC Group

29.03.2024 - Bakı