Kiber Təhlükəsizlik və Veb proqramlaşdırma mütəxəssisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

WorldSkills Azerbaijan Kiber Təhlükəsizlik və Veb proqramlaşdırma mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.

Haqqımızda:

Ötən ilin oktyabr ayında Azərbaycan Respublikası Təhsil Nazirliyinin timsalında Azərbaycan beynəlxalq “WorldSkills” hərəkatına qoşulub. Dünyada müxtəlif bacarıq istiqamətləri üzrə olimpiya yarışlarının təşkilatçısı kimi tanınan “WorldSkills” hərəkatı əmək bazarının tələblərinə və qlobal standartlara uyğun peşəkarlar yetişdirmək, həmin standartları təhsil sisteminə inteqrasiya etmək, eləcə də gənc kadrlara öz bacarıqları ilə ölkəmizi beynəlxalq yarışlarda təmsil etmək imkanı yaradır.

Kimi axtarırıq:

Ölkə səviyyəsində “WorldSkills” hərəkatının missiyalarını həyata keçirmək üçün aşağıda qeyd edilən İKT bacarıqları üzrə mütəxəssislər və kouçlar axtarılır:

Veb texnologiyaları və proqramlaşdırma:

  • Bacarıqlar: front-end və back-end proqramlaşdırma və CMS;
  • Texniki biliklər: JavaScript, PHP, MySQL, WordPress, CSS, Laravel, Rest API, sFTP və s.;
  • 3-5 il praktiki iş təcrübəsi;
  • Pedaqoji və metodiki bacarıqlar;
  • İngilis və Azərbaycan dillərini yaxşı səviyyədə bilmək;
  • Ünsiyyət və komanda daxilində əməkdaşlıq bacarıqları.

• Kiber təhlükəsizlik:

  • Bacarıqlar: CTF hücum və müdafiə, infrastrukturun təhlükəsizliyi təminatı, rəqəmsal məhkəmə araşdırması, insidentlərin aradan qaldırılması və s.;
  • Beynəlxalq sertifikatın (m.,Cisco) olması üstünlükdür;
  • 3-5 il praktiki iş təcrübəsi;
  • Pedaqoji və metodiki bacarıqlar;
  • İngilis və Azərbaycan dillərini yaxşı səviyyədə bilmək;
  • Ünsiyyət və komanda daxilində əməkdaşlıq bacarıqları.

Vəzifə öhdəlikləri:

Mütəxəssislər və kouçlar hərəkatın fəaliyyətinə əsasən aşağıda qeyd edilən istiqamətlər üzrə dəstək verəcəklər:

  • Təməl prinsiplərlə tanış olmaq üçün “WorldSkills” hərakatı, peşə standartları və yarışların təşkilinə dair 72 saatlıq beynəlxalq təlimlərdə iştirak;
  • Ölkə səviyyəsində qeyd edilən hər bir bacarıq istiqaməti üzrə yarışların təşkilinə 7 gün müddətinə dəstək – praktiki tapşırıqların hazırlanması, müsabiqəçilərin qiymətləndirilməsi və infrastrukturun hazırlanması;
  • Müsabiqəçilərin ixtisasa uyğun olaraq 6-9 ay ərzində 200-300 saat müddətinə beynəlxalq yarışlara hazırlanması. Hazırlıq müddətinin təlim planı cəlb ediləcək mütəxəssislər və kouçların rəyləri əsasında formalaşdırılacaq.
  • Mütəxəssislər və kouçlar yarışların təşkili zamanı 7 gün ərzində layihə əsaslı, beynəlxalq yarışlara hazırlıq müddətində isə razılaşdırılmış təlim planı üzrə fəaliyyətə cəlb ediləcəklər. “WorldSkills Azerbaijan” platforması ilə əməkdaşlıq istənilən halda tam ştatlı işi əvəz etmir. Bununla yanaşı, mütəxəssislər və kouçlar tərəfindən platformanın fəaliyyəti çərçivəsində xaricə səfərlər edə biləcəkləri də nəzərə alınmalıdır.

İnkişaf perspektivləri:

“WorldSkills” hərəkatının əsas dəyəri istər fərdi, istərsə də ümumi inkişafa dəstək vermək olduğu üçün hərəkata qoşulmaq özündə bir sıra üstünlükləri birləşdirir:

  • İxtisasa uyğun olaraq bacarıq səviyyəsinin mütəmadi yüksəldilməsi;
  • Beynəlxalq təlimlərdə iştirak;
  • Qlobal peşə standartlarının mənimsənilməsi.
  • Beynəlxalq və yerli bacarıq yarışlarının təşkilində təcrübə
  • Beynəlxalq yarışlarda Azərbaycanı təmsil etmək imkanı;
  • Praktiki test tapşırıqlarının hazırlanmasında təcrübə;
  • Müsabiqəçilərin qiymətləndirilməsində təcrübə.
  • Şəbəkələşmə, təcrübə mübadiləsi və layihə təklifləri
  • Beynəlxalq və yerli mütəxəssislər;
  • Özəl sektor nümayəndələri;
  • Təhsil icra orqanları və provayderləri.
  • WorldSkills Azerbaijan platformasının mütəxəssisi kimi tanınmaq
  • Platformanın tədbirlərində iştirak;
  • Platformanın və Təhsil Nazirliyinin kommunikasiya kanallarında yer almaq.

“WorldSkills” hərəkatına qoşulmaqda maraqlı olan mütəxəssislərdən 29 mart tarixinədək ingilis dilində olan CV-lərini müvafiq ixtisasın adını mövzu bölümünə qeyd etməklə worldskills@vet.edu.az ünvanına göndərməkləri xahiş olunur.

BACARIĞINLA İNKİŞAFA DƏYƏR QAT!

Oxşar vakansiya siyahısı:

Business Analyst

ERP-INTEL" MMC şirkəti olaraq "Business Analyst" vakansiyası aktivdir, ...

ERP İNTEL MMC

26.04.2024 - Bakı

İngilis dili (Data Science üçün )

Təlimçi Data İngilis dili (Data Science üçün ) həftədə 1 dəfə olmaqla dərslər keçəcəkdir. ...

Eduaz.com

24.04.2024 - Bakı

Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis

Kontakt Home Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Beynəlxalq Bankı

23.04.2024 - Bakı

Proqram təminatı üzrə aparıcı mühəndis (Senior Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...

Kontakt Home

17.04.2024 - Bakı