Kiber Təhlükəsizlik üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

PASHA Insurance Kiber Təhlükəsizlik üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə və öhdəliklər:

  • İnformasiya təhlükəsizliyinə aid alətlərlərinin köməyi ilə (eləcədə digər imkanlar/addımlarla) şəbəkə, kompüter sistemləri, veb tədbiqləri və digər rəqəmsal infrastruktura bağlı aktivlərdə boşluqların və təhdid doğurucu vəziyyətlərin aşkarlanması üçün skanlamaların aparılması və hesabatın hazırlanması;
  • Aşkarlanmış boşluqların aradan qaldırılması üçün İT və İnformasiya Təhlükəsizliyi komandaları ilə sıx işləmək;
  • Veb və Mobil tədbiqlərin o cümlədən İT İnfrastruktur üzrə penetrasiya testlərin keçirilməsi
  • Rəqəmsal infrastrukturun bir neçə sahə üzrə müdafiəsi üçün nəzərdə tutulmuş məhsulların gündəlik monitorinqinin aparılması, hesabatın çıxarılması və analizi.
  • Statik və Dinamik kod analiz prosesini daimi olaraq izləmək
  • Veb və mobil tədbiqləri üzərində kod incələnməsi aparılaraq boşluqları aşkarlamaq, təhlükəsiz kod yazılması üçün təkliflər vermək;

Bilik və bacarıqlar:

  • İnformasiya Texnologiyaları və ya İnformasiya Təhlükəsizliyi sahəsi üzrə ali təhsil;
  • İnformasiya Texnologiyaları və ya, İnformasiya Təhlükəsizliyi sahəsində ən azı 1 il, iş təcrübəsi;
  • Azərbaycan dilini əla, ingilis və rus dilini yaxşı səviyyədə bilən;
  • Təhlükəsizliyin təmin edilməsi sistemlərinin iş prinsiplərini anlayan və ümumi şəbəkə təhlükəsizliyi haqqında məlumata sahib olan;
  • Veb, mobil və infrastruktur üzrə “Penetrasiya testləri” sahəsində iş təcrübəsi
  • Müxtəlif proqramlaşdırma dillərində (Java, C#, Python, Javascript və.s) yazılmış Veb və mobil tədbiqlərin kod audit təcrübəsi
  • OWASP mobil və veb metodologiyası ilə geniş biliklərə sahib olması.
  • CIS, NIST və ya DISA qabaqcıl təcrübələrin biri ilə tanış olması arzuolunandır;
  • Analitik düşüncə və stressə dözümlü olmaq bacarığı;
  • Texniki konsepsiyada olan problemləri və fikirləri digər şəxslərə çatdırmaq bacarığı (texniki biliklərə malik və yaxud əksinə, texniki biliklərə malik olmayan şəxslərə);
  • Ünsiyyətqurma və komandada işləmək bacarığı;
  • Səbrli və soyuqqanlı olmaq bacarığı.

Son müraciət tarixi: 30 Noyabr 2021.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi göndərin.

Oxşar vakansiya siyahısı:

Business Analyst

ERP-INTEL" MMC şirkəti olaraq "Business Analyst" vakansiyası aktivdir, ...

ERP İNTEL MMC

26.04.2024 - Bakı

İngilis dili (Data Science üçün )

Təlimçi Data İngilis dili (Data Science üçün ) həftədə 1 dəfə olmaqla dərslər keçəcəkdir. ...

Eduaz.com

24.04.2024 - Bakı

Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis

Kontakt Home Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Beynəlxalq Bankı

23.04.2024 - Bakı

Proqram təminatı üzrə aparıcı mühəndis (Senior Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır. ...

Kontakt Home

17.04.2024 - Bakı