Kiber Təhlükəsizlik üzrə Mühəndis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

AVICOM LLC Kiber Təhlükəsizlik üzrə Mühəndis vəzifəsi üzrə vakansiya elan edir.

Namizədə aid tələblər:

  • Ali təhsil
  • Bu sahədə ən azı 1 il iş təcrübəsi;
  • İngilis və Rus dillərində yazılı və şifahi ünsiyyət bacarığı;
  • Kiber və informasiya təhlükəsizliyi sahəsində mövcud olan sistemlərə dair praktiki biliklər;
  • Təhlükəsizlik təhdidləri və zəifliklər haqqında praktik biliklər;
  • Lokal və qlobal şəbəkə üzrə biliklər;
  • Windows və Linux əməliyyat sistemləri üzrə biliklər;
  • Analitik təhlil, çevik qərarvermə, təşkilatçılıq və komandada işləmə bacarığı;
  • Kiber təhlükəsizlik sahəsində sertifikatların mövcudluğu arzu olunandır;

Vəzifə öhdəlikləri:

  • Təhlükəsizlik riskləri və təhdidlərini aşkarlamaq, təhlükəsizlik hallarının, insidentlərin monitorinqi və analizi;
  • NGFW, WAF, Endpoint Security, Threat Intelligence, SIEM, Vulnerability Assessment, SOAR və s. informasiya təhlükəsizliyi sahəsində mövcut olan sistemlərin qurulması, sazlanması və idarə edilməsi;
  • Mövcud olan zəiflik aşkarlama mexanizmlərinin və vasitələrinin təkmilləşdirilməsi;
  • Məxfilik qaydalarına riayət etmək;
  • Müştərilərin satışdan əvvəlki (Pre-sale) konsultasiyası;
  • Peşəkar ünsiyyət və öyrətmə bacarığının olması mütləqdir;

İş yerinə dair üstünlüklər (benefits):

  • Korporativ tibbi sığorta
  • Performansa dayanıq ekstra ödənişlər
  • Şəxsi inkişaf imkanları

İş şərtləri

  • iş rejimi – həftədə 5 gün
  • iş saatları – 09.00-18.00
  • 1 saatlıq nahar fasiləsi

Namizədləri e-mailın mövzu hissəsində “Kiber Təhlükəsizlik üzrə mühəndis” yazmaqla öz CV-i göndərməyiniz xahiş olunur.

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...