Yandex-watch
Kiber təhlükəsizlik şöbəsinin Mütəxəssisi/Aparıcı mütəxəssisi (Penetration tester) peşəsi üzrə vakansiya — Unibank — iş elanları 2020

Kiber təhlükəsizlik şöbəsinin Mütəxəssisi/Aparıcı mütəxəssisi (Penetration tester) peşəsi üzrə vakansiya 2020 / 2021

Elanın müddəti bitmişdir

Ə/h razılaşma yolu ilə. Unibank Kiber təhlükəsizlik şöbəsinin Mütəxəssisi/Aparıcı mütəxəssisi (Penetration tester) vəzifəsi üzrə vakansiya elan edir.

Unibank-vakansiya-2021

Bank haqqında

Unibank – Azərbaycanın 1992-ci ilin avqust ayında, ilkin olaraq MBank adı altında, təsis edilmiş ən iri özəl banklarından biridir. MBank ilə Azərbaycanın aparıcı banklarından biri olan PROMTEXBANK-ın birləşməsindən sonra, onun adı 2002-ci ilin oktyabr ayının 15-də Unibank-a dəyişdirilmişdir. 2003-cü ildə Bankın kapitalına Avropa Yenidənqurma və İnkişaf Bankı, 2005-ci ildə isə DEG – Alman sərmayə korporasiyası qoşulmuşlar.

  • Müştəri yönümlü bank olaraq biz, müxtəlif regionlarda müştərilərin tələbatını nəzərə alırıq və qlobal xarakter daşıyan, eyni zamanda lokal bazarlar üçün adaptasiya olunmuş məhsullar və xidmətlər təqdim edirik. Bu zaman biz yüksək etik standartlara və sosial məsuliyyət prinsipinə ciddi riayət edirik. Təsadüfi deyil ki, bugün Unibank maliyyə bazarında layiqli nüfuz əldə etmişidir.
    Fəaliyyətimizin başlıca prioriteti kimi müştərilərin tələblərinə xüsusi diqqət ayırmaqla bərabər, biz həmçinin əməkdaşlarımızın qayğısına qalırıq, çünki onlar strategiyamızın müvəffəqiyyətlə həyata keçirilməsində aparıcı rol oynayırlar. Məhz buna görə də, bir İşəgötürən kimi bizim üçün sosial dəyərlər işə götürmə zamanı olduqca mühüm amildir. Bizim baza dəyərlərimizə (birlik, açıqlıq, etibarlılıq) müvafiq olaraq, biz cari və gələcək biznes-məqsədlərin həyata keçirilməsi üçün əməkdaşlarımızın, inkişafını təmin etməyə çalışırıq. İnkişaf strategiyasının həyata keçirilməsi məqsədilə, Unibank, bankın imici və təqdim edilən məhsullar və xidmətlərin keyfiyyəti üçün məsuliyyəti dərk edən loyal əməkdaşlar axtarışındadır.

Başlıca öhdəliklər və məsuliyyətlər:

  • Mobil və veb tətbiqlərinin təhlükəsizlik testlərinin manual qaydada həyata keçirilməsi;
  • Tapılan boşluqlar və onların aradan qaldırmaq üçün tövsiyələr haqqında hesabatların hazırlanması;
  • Boşluqların aradan qaldırılması tədbirlərini həyata keçirmək üçün İT və İnformasiya Təhlükəsizliyi heyəti ilə daim əlaqədə işləmək;
  • Security testləri sonrası boşluqların aradan qaldırılmasını təqib etmək (follow-up);
  • Proqram kodunun hissələrinin statik analizi;
  • Boşluqların idarə edilməsi (Vulnerability Management) prosesində iştirak etmək;
  • Mütəmadi olaraq yeni hücum vektorları və zero-day boşluqları üzrə araşdırmalar aparmaq və onları sınaqdan keçirmək.

Namizədin Profili:

  • İnformasiya təhlükəsizliyi və ya İnformasiya texnologiyaları üzrə ali təhsil;
  • Kibertəhlükəsizlik sahəsində 3 ildən artıq iş təcrübəsi;
  • Veb və şəbəkə texnologiyaları haqqında geniş biliklər;
  • Veb və mobil tətbiqlərin pentesti və tapılan boşluqların ekspluatasiyası üzrə iş təcrübəsi;
  • İnfrastruktur pentesti üzrə bacarıqlar üstünlükdür;
  • Python, PHP, Javascript dillərində proqramlaşdırma bacarığı;
  • Swift, Java və Kotlin dillərində proqramlaşdırma bacarığı üstünlükdür;
  • Mobil tətbiqlərin tərsinə mühəndislik bacarığı üstünlükdür;
  • Linux əməliyyat sistemi ilə sərbəst işləmə bacarığı;
  • Scripting bacarığı (bash, powershell);
  • Statik kod analizi bacarığı üstünlükdür;
  • Nessus, Burp Suite, Metasploit və s. kimi alətlər ilə iş təcrübəsi;
  • Sistem/şəbəkə inzibatçılığı təcrübəsi üstünlükdür;
  • Bank əməliyyatları və biznes prosesləri barədə biliklər;
  • PCI DSS standartının tələblərini bilmək;
  • Yüksək analitik düşüncə, riyazi təhlil qabiliyyəti və problemləri həlletmə bacarığı;
  • Bug bounty proqramlarında boşluqlar tapmış şəxslərə üstünlük verilir;
  • OSCP, OSCE, OSWE, CEH, CPENT və s. əlaqəli sertifikatların olması üstünlükdür;
  • Azərbaycan dilində sərbəst danışıq bacarığı, rus və ingilis dillərini texniki səviyyədə bilmək

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilər (vəzifənin adını email-ın mövzu hissəsində (Penetration tester) göstərməyiniz xahiş olunur)

3500 — 4500 ₼

Programlaşdırma departamenti direktoru

Ə/h razılaşma yolu ilə. MilliKart LLC Programlaşdırma departamenti direktoru vəzifəsi üzrə vakansiya elan edir. Alqoritm qurma bacarığı olmalıdır.

MilliKart LLC - Bakı - 16.04.2021

1200 — 1400 ₼

Linux sistem inzibatçısı

Ə/h 1200-1400 AZN. LSIM MMC Linux sistem inzibatçısı vəzifəsi üzrə vakansiya elan edir. Bash Script-lə praktiki biliklər olmalıdır.

LSIM MMC - Bakı - 16.04.2021

ERP üzrə baş mütəxəssis

PMD Hospitality LLC ERP üzrə baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Excel və İT əsaslarını yaxşı səviyyədə bilməlidir.

PMD Hospitality LLC - Bakı - 16.04.2021

Proqram təminatı üzrə kiçik mütəxəssis

Ə/h razılaşma yolu ilə. Yelo Bank Proqram təminatı üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Yüksək analitik düşüncəyə sahib olmalıdır.

Yelo Bank - Bakı - 16.04.2021

Oracle DB Administrator

Ə/h razılaşma yolu ilə. Yelo Bank Oracle DB Administrator vəzifəsi üzrə vakansiya elan edir. Yüksək analitik düşüncəyə sahib olmalıdır.

Yelo Bank - Bakı - 16.04.2021

Texniki dəstək üzrə kiçik mütəxəssis

Yelo Bank İT əməliyyatları şöbəsində Sistem inzibatçısı vəzifəsi üzrə vakansiya elan edir .Bash və PowerShell scripting ilə təcrübə olmalıdır.

Yelo Bank - Bakı - 16.04.2021

İT əməliyyatları şöbəsində Sistem inzibatçısı

Yelo Bank İT əməliyyatları şöbəsində Sistem inzibatçısı vəzifəsi üzrə vakansiya elan edir .Bash və PowerShell scripting ilə təcrübə olmalıdır.

Yelo Bank - Bakı - 16.04.2021

700 — 1000 ₼

Data analitik

Ə/h 1500-2000 AZN. IKTex MMC Data Analitik vəzifəsi üzrə vakansiya elan edir. Azərbaycan dilində sərbəst şəkildə danışıq və yazı qabiliyyəti olmalıdır.

IKTex MMC - Bakı - 16.04.2021

Full-stack Developer

IT GRUP SRL was founded in 2000 in Romania and since then was involved in major local and regional projects for Downstream industry. The branch of IT Grup SRL started its operations in Azerbaijan since October 2019. Ideal Candidate We are looking for an enthusiastic and innovative Full-stack Developer who wants to be part of challenging […]

IT Grup SRL - Bakı - 16.04.2021

Frontend (React) Developer

IT GRUP SRL was founded in 2000 in Romania and since then was involved in major local and regional projects for Downstream industry. The branch of IT Grup SRL started its operations in Azerbaijan since October 2019.Ideal CandidateWe are looking for an enthusiastic and innovative Frontend (React) Developer who wants to be part of challenging new and ongoing […]

IT Grup SRL - Bakı - 16.04.2021

Middle Software Developer

IT GRUP SRL was founded in 2000 in Romania and since then was involved in major local and regional projects for Downstream industry. The branch of IT Grup SRL started its operations in Azerbaijan since October 2019. Ideal Candidate: We are looking for an enthusiastic and innovative Automation QA Engineer who wants to be part of […]

IT Grup SRL - Bakı - 16.04.2021

Business Development manager

IT GRUP SRL was founded in 2000 in Romania and since then was involved in major local and international projects for Downstream industry. The branch of IT Grup SRL started its operations in Azerbaijan since October 2019. Ideal Candidate We are looking for an enthusiastic and innovative Business development manager who wants to be part of […]

IT Grup SRL - Bakı - 16.04.2021

Oxşar vakansiya siyahısı:

Bizimlə əlaqə

Hər hansı bir məsələ ilə bağlı əməkdaşlarımıza müraciət edə bilərsiniz. Sorğunuz bir iş günü ərzində cavablandırılacaq.

Müraciət et