Kiber hücumlarin simulyasiyası üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Azərbaycan Beynəlxalq Bank Kiber hücumlarin simulyasiyası üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

“ABB” ASC İnformasiya təhlükəsizliyi departamentinin İnformasiya təhlükəsizliyinə və rəqəmsal dələduzluğa nəzarət şöbəsinə kiber hücumlarin simulyasiyası üzrə mütəxəssis vakansiyalarını elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Azərbaycan Beynəlxalq Bankının komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
  • Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
  • Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq;
  • Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
  • Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;
  • Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat

Namizədin vəzifə öhdəlikləri:

  • Penetrasiya testi metodologiyasının hazırlanması;
  • Xarici və daxili şəbəkələr üzərindən sistemlərin təhlükəsizliyinin pozulma ehtimalının qiymətləndirilməsi;
  • Avtomatik və manual qaydada təhlükəsizlik skanların həyata keçirilməsi;
  • Proqram kodunun təhlükəsizliyinin analizi;
  • Tapılmış uyğunsuzluqlar və tövsiyyələr barədə rəhbərliyə hesabatların verilməsi.

Namizədə olan tələblər:

  • İnformasiya texnologiyaları, Kompüter mühəndisliyi, Kompüter elmləri, İnformasiya təhlükəsizliyi və əlaqəli ixtisaslarü üzrə ali təhsili olan;
  • Kibertəhlükəsizlik, Sistem administratoruluğu, Şəbəkə administratoruluğu, Proqramçılıq üzrə sahəsində 1 ildən artıq iş təcrübəsi olan;
  • Digər Proqramlar: Nessus, Qualys, Acunetix, Burp, Metasploit və s. kimi testinq alət və frameworks ilə təcrübə;
  • Python, Javascript, Ruby proqramlaşdırma dillərindən ən az biri ilə təcrübə;
  • Tapılmış zəiflikərin nümayişi üçün “PoC exploit” tərtibatı bacarığı;
  • Linux əməliyat sistemi ilə sərbəst işləmə bacarığı;
  • Statik kod analizi bacarığı üstünlükdür;
  • Sistem/Şəbəkə inzibatçılığı təcrübəsi üstünlükdür;
  • OSCP, CEH və ya əlaqəli sertifikatlar arzuolunandır.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 1 may 2020-ci il tarixinədək cv@ibar.az elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının (“Kiber hücumlarin simulyasiyası üzrə mütəxəssis/aparıcı mütəxəssis /baş mütəxəssis”) göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.
İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Əlavə məlumat üçün: www.ibar.az

Oxşar vakansiya siyahısı:

Mobile Developer

Link: https://qlor.me/lwetylrrz0 Təsvir Responsibilities: Providing technical support for ready-made modules Formulate software specifications and basic prototypes Devel ...

Ateshgah Insurance Company

20.05.2024 - Bakı

Business Analyst

ERP-INTEL" MMC şirkəti olaraq "Business Analyst" vakansiyası aktivdir, ...

ERP İNTEL MMC

26.04.2024 - Bakı

İngilis dili (Data Science üçün )

Təlimçi Data İngilis dili (Data Science üçün ) həftədə 1 dəfə olmaqla dərslər keçəcəkdir. ...

Eduaz.com

24.04.2024 - Bakı

Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis

Kontakt Home Şəbəkə üzrə mühəndis / Şəbəkə üzrə aparıcı mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Beynəlxalq Bankı

23.04.2024 - Bakı