Qısa məzmun
PASHA Bank KİB Kredit Monitorinqi və Nəzarət şöbəsinə Baş Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Təsvir
İşiniz nədən ibarətdir?
- Təhkim olunduğu KİB müştərilərin keyfiyyətinə və kəmiyyətinə nail olmaq;
- Kredit təyinatının KİB müştərisi tərəfindən məqsədyönlü istifadəsini yoxlamaq;
- Monitorinqin satışa təsirini artırmaq (vaxtında müştəri haqqında tam məlumat vermək);
- KİB riskli müştəriləri üçün müxtəlif fəaliyyət planlarını artırmaq;
- Müştərilərin kredit ödənişlərinə, gecikmələrinə və ödəmə planı haqqında məlumatları toplamaq;
- Müştəri tərəfindən kredit verilməmişdən əvvəl razılaşdırılmış biznes və maliyyə şərtlərinin yerinə yetirilməsinə nail olmaq;
- Riskli müştərilərin vaxtında baxış siyahısına daxil edilməsinə, azaldılması planlarının yerinə yetirilməsinə və müştəri davranışlarını izləmək;
- Risk məsələləri ilə bağlı digər komandalara dəstək vermək;
- Bankın risk siyasətinə uyğun olaraq kredit izləmə prosedurlarını hazırlamaq;
- Əsas makro və sənaye amillərinin Kredit portfelinə təsirini araşdırıb, müəyyənləşdirib və kredit risklərini minimuma endirmək üçün tədbirlər görmək;
- Monitorinq zamanı beynəlxalq (PD) və daxili (MB tələbləri) reytinq hesablanmasına nəzarət etmək;
- Bankın Təşkilati Risklərin İdarəedilməsinə dair siyasətinə əməl etmək;
- İş prosesində yaranan risk faktorlarını vaxtında müəyyənləşdirib, lazımi addımları atmaq;
- Bank tərəfindən işçinin qarşısına qoyulan və işçi tərəfindən qəbul edilən yarım illik və illik hədəflərə çatmaq;
- Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.
Tələblər
Tələblər:
- Təhsil: Maliyyə və İqtisadiyyat üzrə ali təhsil;
- Tələb olunan iş təcrübəsi: minimum 3 il;
- Lisenziya / Sertifikat: – in ACCA Papers, CFA, CRM arzuolunandır, Maliyyə modelləri üzrə sertifikatlar;
- Xarici dillər: İngilis;
- Kompüter bilikləri: MS Office, Excel, Word və s.;
- Məhsul üzrə biliklər: Bank məhsulları;
- Bazar üzrə biliklər: Tələb olunur;
- Başqa tələblər: Maliyyə hesabatı anlayışı, Güclü ünsiyyət bacarıqları, Yenilikçi düşüncə və özünü inkişaf etdirməyi təşviq etmək, Sənaye üzrə bizneslərin analizi, Xarici risk faktorlarını və dinamikasını kredit portfelinə tətbiq etmək bacarığı.