Keyfiyyətə Nəzarət üzrə rəhbər
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Azprotein Foods Group Keyfiyyətə Nəzarət üzrə rəhbər vəzifəsi üzrə vakansiya elan edir. Müəssisə Buzovna qəsəbəsində yerləşir

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət üzrə Rəhbər” vəzifəsi üzrə vakansiya elan edir.

Namizədə Tələblər:

  • İş stajı: rəhbər vəzifədə ən azı 3-5 il.
  • Ali təhsil: müvafiq sahə üzrə (qida təhlükəsizliyi üzrə arzuolunandır).
  • Sertifikat: İSO 9001:2015, İSO 22000:2010, İSO 10002:2018 və İSO 17025 standartının şərtlərini bilməli, bu sahədə təlim almış olmalıdır.
  • Təcrübə: Heyvan mənşəli Qida istehsalı sahəsində Keyfiyyətə nəzarət üzrə təcrübənin olması mütləqdir.
  • Müəssisə Buzovna qəsəbəsində yerləşir.

Vəzifə öhdəlikləri:

  • İş təlimatlarına və standartlara əsasən analiz və sınaqların aparılması
  • Prosesdəki keyfiyyət pozuntusunun səbəbini araşdıraraq, gərəkli tədbirlərin alınması və uyğunsuzluqların aradan qaldırılması yönündə işlərin görülməsi
  • Hazır məhsullarda müxtəlif maddələrin təsbitinin, nəticələrinin standartlarla müqayisə edilməsi
  • Cəmiyyətin istehsal sahələrində istehsal olunan məhsulların keyfiyyətinə nəzarət sahəsində görülən işlərin koordinasiyası və təşkili
  • İş metodunun, keyfiyyətə nəzarət prosedurlarının hazırlanması, sahələrdə risk analizinin aparılması;
  • Sahəyə daxil olan materialların, məhsulun keyfiyyətinin vizual yoxlanması, keyfiyyət, mənşə və uyğunluq sertifikatlarının yoxlanması
  • Beynəlxalq standartların tələblərinə uyğun sənədləşmə proseslərinin həyata keçirilməsi;
  • Aidiyyatı şöbələrdə təlimatların keçirilməsi;
  • İstehsalat, anbar, laboratoriyaya aid prosedur və təlimatlara, sanitar-gigiyenik norma və qaydalarına riayət edilməsinə nəzarət etmək;
  • Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim etmək.
  • Əmək haqqı: təcrübədən asılı olaraq müsahibə zamanı müəyyən ediləcəkdir.
  • İş qrafiki: 6 günlük.
  • Nahar şirkət tərəfindən təmin olunur. Koroğlu metrosundan servislə işə çatdırılma var.
  • Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla azprotein.vacancy@gmail.com elektron ünvanına göndərmələri xahiş olunur.

Oxşar vakansiya siyahısı:

550₼
İstehsalat Operatoru

Ayan MMC İstehsalat Operatoru vəzifəsi üzrə vakansiya elan edir. ...

Ayan MMC

22.08.2025 - Xırdalan

400 — 500 ₼
İstehsalat operatoru

Konfirom MMC İstehsalat operator vəzifəsi üzrə vakansiya elan edir. ...

Konfirom MMC

21.08.2025 - Bakı

SƏTƏM ( Hacıqabul )

Hajigabul Poultry Farm Company SƏTƏM ( Hacıqabul ) vəzifəsi üzrə vakansiya elan edir. ...

Hajigabul Poultry Farm Company

21.08.2025 - Hacıqabul

3500 — 4000 ₼
Baş mexanik ( Mühəndis)

Camal LTD şirkəti Baş mexanik ( Mühəndis) vəzifəsi üzrə vakansiya elan edir. ...

Camal LTD

14.08.2025 - Bakı

700 — 1000 ₼
Texniki ofis mühəndisi

PRO CON İZO MMC Mühəndis mühəndisi üzrə vakansiya elan edir. ...

PRO CON izo

11.08.2025 - Bakı

Qida sahəsi üzrə mexanik

Camal LTD şirkəti Qida sahəsi üzrə mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Camal LTD

07.08.2025 - Bakı

1500 — 2000 ₼
Layihəçi mühəndis

"Aznet Technologies” QSC Telekommunikasiya şirkətinə Layihəçi mühəndis tələb olunur. ...

Aznet Technologies

06.08.2025 - Bakı