Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Avrora Keyfiyyətin İdarəedilməsi Departamentinin Rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. Nahar şirkət tərəfindən təmin edilir.
Tələblər:
- Ali təhsil (Qida məhsulları mühəndisi (Qida təhlükəsizliyi))
- Vəzifə üzrə 5 ildən az olmayaraq iş stajına malik olan ;
- Microsoft- Excel, Word, Power Point proqramları bilikləri;
- Azərbaycan Respublikası Qida Təhlükəsizliyinə dair hüquqi aktlar üzrə biliklər;
- Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və
sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu üzrə bilirklər; - İstehlakçıların hüquqlarının müdafiəsi haqqında biliklər;
- Fitosanitar nəzarət haqqında qanun üzrə biliklər.
Vəzifə Öhdəlikləri:
- Şirkətin keyfiyyət strateqiyasını formalaşdırmaq;
- Beynəlxalq standartlara uyğunluq prinsipini tətbiq etmək;
- Bütün sahələrdə mütəmadi olaraq standartlara uyğunluğun yoxlanılması;
- Standartlardan yayınma hallarının qarşısını almaq üçün qabaqlayıcı tədbirlər planının işlənib hazırlanması;
- Keyfiyyəti ölçmə mexanizmləri yaratmaq;
- İstehsal prosesinin yüksək keyfiyyət prinsipləri ilə işləməsi üçün, daim təkmilləşdirmə işlərinin aparılması;
- Departamentin işinə rəhbərlik etmək;
- Departamentin əməkdaşları arasında iş bölgüsünü aparmaq;
- Rəhbərliyin tapşırıqlarının vaxtında yerinə yetirilməsini təmin etmək;
- Departamentin işçiləri tərəfindən əmək intizamına riayət edilməsinə və vəzifələrin vaxtında və düzgün icrasına nəzarəti həyata keçirmək;
- Departamentin işçiləri üçün icrası məcburi olan göstəriş və tapşırıqlar vermək;
- Departamentin işçilərinin əmək fəaliyyətinin nəticələrinə görə onların həvəsləndirilməsi və ya intizam məsuliyyətinə cəlb edilməsi ilə bağlı şirkət rəhbəri qarşısında vəsatət qaldırmaq.
İş şərtləri:
- İş qrafiki: 09:00 – 18:00, Şənbə və Bazar günləri istirahət günü
- İş yeri: Hökməli qəs.
- Nahar şirkət tərəfindən təmin edilir;
- Əmək haqqı: Razılaşma əsasında.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Keyfiyyətin İdarəedilməsi Departamentinin Rəhbəri” yazaraq hr@avrora.az ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Oxşar vakansiya siyahısı:
Sətəm üzrə mütəxəssis
CMT Group MMC Sətəm üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...