Keyfiyyətə Nəzarət üzrə rəhbər
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 1500 -2000 AZN. Azprotein Foods Group Keyfiyyətə Nəzarət üzrə rəhbər vəzifəsi üzrə vakansiya elan edir. Müəssisə Buzovna qəsəbəsində yerləşir.

Namizədə tələblər:

  • İş stajı: ən azı 3-5 il
  • Ali təhsil: Qida mühəndisliyi, Biologiya, Zoologiya, Baytarlıq, Kimya və ya bunlara uyğun ixtisaslar
  • Sertifikat: İSO 9001:2015, İSO 22000:2010, İSO 10002:2018 və İSO 17025 standartının şərtlərini bilməli, bu sahədə təlim almış olmalı və sertifikatı olması arzuolunandır.
  • Təcrübə: Heyvan mənşəli Qida istehsalı sahəsində Keyfiyyətə nəzarət üzrə təcrübənin olması arzuolunandır.
  • Müəssisə Buzovna qəsəbəsində yerləşir.

Vəzifə öhdəlikləri:

  • İş təlimatlarına və standartlara əsasən analiz və sınaqların aparılması
  • Prosesdəki keyfiyyət pozuntusunun səbəbini araşdıraraq, gərəkli tədbirlərin alınması və uyğunsuzluqların aradan qaldırılması yönündə işlərin görülməsi
  • Hazır məhsullarda müxtəlif maddələrin təsbitinin, nəticələrinin standartlarla müqayisə edilməsi
  • Cəmiyyətin istehsal sahələrində istehsal olunan məhsulların keyfiyyətinə nəzarət sahəsində görülən işlərin koordinasiyası və təşkili
  • İş metodunun, keyfiyyətə nəzarət prosedurlarının hazırlanması, sahələrdə risk analizinin aparılması;
  • Sahəyə daxil olan materialların, məhsulun keyfiyyətinin vizual yoxlanması, keyfiyyət, mənşə və uyğunluq sertifikatlarının yoxlanması
  • Beynəlxalq standartların tələblərinə uyğun sənədləşmə proseslərinin həyata keçirilməsi;
  • Aidiyyatı şöbələrdə təlimatların keçirilməsi;
  • İstehsalat, anbar, laboratoriyaya aid prosedur və təlimatlara, sanitar-gigiyenik norma və qaydalarına riayət edilməsinə nəzarət etmək;
  • Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim etmək.

Əmək haqqı: 1500 -2000  AZN (başlanğıc üçün).

İş qrafiki: 6 günlük .

Nahar şirkət tərəfindən təmin olunur. Koroğlu metrosundan servislə işə çatdırılma var.

Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla elektron ünvanına göndərmələri xahiş olunur.

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı