Keyfiyyətə Nəzarət üzrə rəhbər
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Azprotein Foods Group Keyfiyyətə Nəzarət üzrə rəhbər vəzifəsi üzrə vakansiya elan edir. Müəssisə Buzovna qəsəbəsində yerləşir

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət üzrə Rəhbər” vəzifəsi üzrə vakansiya elan edir.

Namizədə Tələblər:

  • Ali təhsil: müvafiq sahə üzrə (qida təhlükəsizliyi üzrə arzuolunandır).
  • Sertifikat: İSO 9001:2015, İSO 22000:2010, İSO 10002:2018 və İSO 17025 standartının şərtlərini bilməli, bu sahədə təlim almış olmalıdır.
  • Təcrübə: Heyvan mənşəli Qida istehsalı sahəsində Keyfiyyətə nəzarət üzrə təcrübənin olması mütləqdir.
  • Müəssisə Buzovna qəsəbəsində yerləşir.

Vəzifə öhdəlikləri:

  • Cəmiyyətin istehsal sahələrində istehsal olunan məhsulların keyfiyyətinə nəzarət sahəsində görülən işlərin koordinasiyası və təşkili
  • İş metodunun, keyfiyyətə nəzarət prosedurlarının hazırlanması, sahələrdə risk analizinin aparılması
  • İstehsalat, anbar, laboratoriyaya aid prosedur və təlimatlara, sanitar-gigiyenik norma və qaydalarına riayət edilməsinə nəzarət etmək
  • Standart və texniki şərtlərin tələbləri, təsdiqlənmiş nümunələr (etalonlar) və texniki sənədlər, çatdırılma və müqavilə şərtlərinə uyğun olaraq müəssisənin istehsal etdiyi məhsulların, icra etdiyi işlərin (göstərdiyi xidmətlərin) keyfiyyətinə nəzarət, həmçinin istehsalat intizamının möhkəmləndirilməsi, keyfiyyətli və rəqabət qabiliyyətli məhsulların istehsalının təmin olunması üzrə işlərin təşkil edilməsi.
  • Məhsulların (işlərin, xidmətlərin) keyfiyyətinin artırılması, onların elm və texnikanın müasir inkişaf səviyyəsi, daxili bazarın tələbatları, ixrac tələblərinə və s. uyğunluğunun təmin edilməsi üçün tədbirlərin işlənib hazırlanması
  • Müəssisəyə daxil olan material resurslarının (xammal, material, yarımfabrikat, komplektləyici məmulatlar) yoxlanması, onların keyfiyyətinin standart və texniki şərtlərə uyğunluğu barədə rəylərin hazırlanması
  • İstehsal prosesinin bütün mərhələlərində əməliyyat nəzarəti, hazır məhsulların keyfiyyəti və komplektliliyi, müəssisədə istehsala aid əl alətləri və texnoloji ləvazimatların keyfiyyəti, həmçinin müəssisənin bölmələri və anbarlarda xammal, material, yarımfabrikat, komplektləyici məmulatlar, hazır məhsulların düzgün saxlanmasına nəzarət edilməsi
  • Məhsulların (işlərin, xidmətlərin) keyfiyyətinin artırılması üçün tədbirlərin keçirilməsi, keyfiyyətinin idarə olunması sistemləri, standart və normativlərin məhsulların (işlərin, xidmətlərin) keyfiyyətini tənzimləyən göstəricilərin, nəzarət əməliyyatlarının avtomatlaşdırılması və mexanizasiyasını nəzərdə tutan daha təkmil nəzarət üsulları, məhsulların nəzarəti pozmayan nöqsansız təhvil verilməsi sistemləri və s. işlənib hazırlanması və tətbiq olunması
  • Ölçülən parametrlərin və ölçmələrin dəqiqliyinin optimal normalarının müəyyən edilməsi, onların yerinə yetirilməsi üçün lazımi vasitələrinin seçilməsi, məhsulların yenilənməsi, attestasiya və sertifikasiya üçün hazırlanmasının normativ müddətlərinin gözlənilməsinə nəzarətin həyata keçirilməsi
  • Hazır məhsullar, xammal, materiallar, yarımfabrikatlar, komplektləyici məmulatların keyfiyyəti, texnoloji avadanlıq və alətlərin keyfiyyəti və vəziyyəti, məhsulların istehsalı, saxlanması və daşınması şərtlərinin texnoloji proseslə nəzərdə tutulmayan seçmə üsulla yoxlamalarının aparılması
  • Hazır məmulatların sınaqdan keçirilməsi və məhsulların (işlərin, xidmətlərin) keyfiyyətini təsdiq edən sənədlərin tərtib olunmasına nəzarət, təchizatçıların çatdırılmaların keyfiyyətinə dair tələbləri pozduqda reklamasiyaların hazırlanması, həmçinin məhsulların istehsal prosesinə cari nəzarət üzrə metodika və texnoloji təlimatların vaxtında məsul işçilərə təqdimatı, müəssisədə nəzarət-ölçü vasitələrinin vəziyyəti və onların dövlət yoxlaması üçün vaxtında təqdim olunması, keyfiyyətə nəzarət xidmətlərinin lazımi texniki sənədlərlə təmin edilməsinə nəzarəti edilməsi
  • Reklamasiyaların təhlili, istehsal texnologiyalarında nöqsan və pozuntuların yaranması, işlərin keyfiyyətinin pisləşməsi, zay məhsul və aşağı növdə məhsulların buraxılmasının səbəblərinin araşdırılması, onların aradan qaldırılması üçün təkliflərin hazırlanması, həmçinin bütün istehsal halqalarının müəyyən olunan tələblərə uyğun məhsulların istehsalına görə məsuliyyətinin artırılması üçün lazımi tədbirlərin görülməsi, keyfiyyətsiz məhsulların qəbulu və yüklənib göndərilməsinin dayandırılması üzrə işlərə rəhbərlik edilməsi.
  • Nəzarət əməliyyatlarının nəticələrinin tərtib olunması, məhsullarının keyfiyyət göstəriciləri, zay məhsul və onun səbəblərinin uçotunun aparılması, buraxılan məhsulların, icra olunan işlərin (göstərilən xidmətlərin) keyfiyyəti barədə dövri hesabatlılığın tərtib olunması
  • AQTA ilə mütəmadi işlərin aparılması
  • Beynəlxalq standartların tələblərinə uyğun sənədləşmə proseslərinin həyata keçirilməsi
  • Aidiyyatı şöbələrdə təlimatların keçirilməsi
  • Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlanması.
  • Əmək haqqı: 2500 – 3000 manat (təcrübədən asılı olaraq)
  • İş qrafiki: 6 günlük.
  • Nahar şirkət tərəfindən təmin olunur. Koroğlu metrosundan servislə işə çatdırılma var.

Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla azprotein.vacancy@gmail.com elektron ünvanına göndərmələri xahiş olunur.

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı