Keyfiyyətə nəzarət üzrə mütəxəssis
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Hacıqabul Quşçuluq şirkəti Keyfiyyətə nəzarət üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə üzrə tələblər :

  • Ali təhsil (Qida mühəndisliyi, İstehlak mallarının keyfiyyət ekspertizası sahələri arzuolunandır)
  • MS Office proqramları
  • Logo ERP proqramı (arzuolunandır)
  • Qida təhlükəsizliyi sahəsini tənzimləyən qanunvericilik aktları, qaydalar və təlimatlar barədə məlumatlı olmaq

Vəzifə öhdəlikləri.

  • Keyfiyyətə nəzarət məlumatlarının statistik təhlilini aparmaq, keyfiyyətə nəzarət sistemində mövcud problemlərin aşkar edilməsi;
  • İstehsalat prosesinin bütün mərhələlərində və ya növbədə olan və hazır məhsulların idarə olunması və onların keyfiyyətinə nəzarət edilməsi;
  • İstehsal edilən məhsulun standartlara uyğun nəzarət olunan ölçü-parametrləri və nəzarət qaydalarından, texniki ölçmə avadanlıq, vasitə və alətlərindən istifadə edilməsi;
  • Hazır məhsulların və istehsal məhsullarının fiziki xarici qüsurlarının əsas əlamətlərinə görə sinifləşdirilməsi;
  • Sınaq laboratoriyasında aşkar edilmiş uyğunsuzluqlarla bağlı düzəlişedici və qabaqlayıcı fəaliyyət hesabatlarının son vəziyyətlərini izləmək və edilən dəyişiklikləri yoxlamaq;
  • Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim edilməsi.

İş şəraiti :

  • İş yeri – Hacıqabul rayonu
  • İş rejimi – 6 günlük
  • Əmək haqqı – Tərəflərin qarşılıqlı razılığı əsasında.
  • Bakı, Hacıqabul,Şirvan və Sabirabad rayonunun müəyyən kəndlərinə  nəqliyyat servis xidmətimiz fəaliyyət göstərir.
  •  Cv –lərinizi hr@yumurtan1.az   mail adresinə göndərməyinizi xahiş edirik və yaxud mövcud vakansiya ilə bağlı whatsapp nömrəsi ilə  +994 51 233 29 07  əlaqə saxlaya bilərsiniz.
  • Müraciət üçün son tarix- 30.08.2024

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...