Qısa məzmun
Konfirom MMC Keyfiyyətə nəzarət üzrə mütəxəssis üzrə vakansiya elan edir. Laboratoriya avadanlıqları ilə işləmək bacarığı olmalıdır.
İş barədə məlumat:
- İş yeri: Buzovna – Konfirom MMC
- İş təlimatlarına və standartlara əsasən analiz və sınaqların aparılması
- Prosesdəki keyfiyyət pozuntusunun səbəbini araşdıraraq, gərəkli tədbirlərin alınması və uyğunsuzluqların aradan qaldırılması yönündə işlərin görülməsi
- Hazır məhsullarda müxtəlif maddələrin təsbitini, nəticələrini standartlarla müqayisə edilməsi
- İstehsalat prosesinə nəzarətin həyata keçirilməsi
- 6 günlük iş həftəsi
- 3 növbəli iş qrafiki
- Nahar yeməyi və geyim şirkət tərəfindən verilir
Namizədə tələblər:
- Aşağıda qeyd olunan ixtisaslar üzrə ali təhsili olmalı;
- Kimya mühəndisi
- Qida mühəndisi
- Mexanika mühəndisi
- Sənaye mühəndisi
- Araşdırma və analizetmə bacarığı olmalı
- Əməyin mühafizəsi , qida təhlükəsizliyi və sanitar gigiyena mövzularında məlumatlı olmalı
- MS Office (Word, Excel, Outlook) proqramlarında istifadə etməyi bacarmalıdır