Keyfiyyətə nəzarət üzrə mühəndis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Bakelektro Keyfiyyətə nəzarət üzrə mühəndis vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • Müəsissədə, layihələrdə Keyfiyyəti idarəetmə (İSO 9001) və Peşə sağlamlığı və təhlükəsizliyinin idarəetmə sistemlərinin (İSO 45001) fəaliyyətinin mövcudluğunu və təkmilləşdirilməsinin təmin edilməsi.
  • Keyfiyyəti idarəetmə (İSO 9001) və Peşə sağlamlığı və təhlükəsizliyinin idarəetmə sistemlərinin (İSO 45001) işləməsi üçün lazımi sənədlərin işlənib hazırlanmasının təşkili, əlaqələndirilməsi, sənədlərin işlək vəziyyətində saxlanılması.
  • Standartlara, spesifikasiyalara, texniki şərtlərə, dizayn, texniki və texnoloji sənədlərə, təsdiq edilmiş nümunələrə (standartların), çatdırılma şərtlərinə və müqavilələrin tələblərinə cavab verməyən mal və məhsulların, proseslərin və xidmətlərin qarşısını almaq üçün işlərin idarə edilməsi.
  • Layihələr üzrə sahə yoxlamalarının aparılması
  • SƏTƏM koordinasiya işlərinin həyata keçirilməsi
  • Struktur bölmələrinin iş fəaliyyətinin Keyfiyyəti idarəetmə (İSO 9001) və Peşə sağlamlığı və təhlükəsizliyinin idarəetmə sistemləri (İSO 45001) ilə əlaqələndirilməsi
  • Yaranmış və mümkün ola bilən problemlərin aradan qaldırılması və qarşısının alınması məqsədi ilə tədqiqatların aparılması, analizlərin aparılması
  • Ölçmə vasitələrinin kalibrasiya tarixlərinin izlənilməsi və bu istiqamətdə işlərin koordinasiyası
  • İSO 9001 və İSO 45001 üzrə Siyasətin, məqsədlərin, tədbirlər planının işlənib hazırlanmasının təşkili
  • Şirkətin struktur bölmələri üzrə KPİ –ların hazırlanmasının və il ərzində yoxlanılmasının təmin edilməsi.
  • Şirkətin struktur bölmələrinin idarəetmə sistemləri üzrə daxili auditlərinin aparılması.
  • Sistemin sertifikatlaşdırma auditinə hazırlanması, audit nəticələrinin aradan qaldırılmasının təmin edilməsi
  • Şirkətdaxili və xarici təlimlərin keçirilməsi üzrə işlərin koordinasiya edilməsi

Namizədə Tələblər:

  • Ali təhsil (Texniki və idarəetmə sahəsi üzrə)
  • Sistemin tətbiqi və daxili audit üzrə təcrübə(ən azı 3 il )
  • ISO 9001, ISO 45001 və müvafiq olaraq daxili audit sertifikatları
  • Keyfiyyətə nəzarət prosedurları və standartları üzrə biliklər
  • Azərbaycan və İngilis dili bilikləri

Sizi öz kollektivimizdə görməyə şad olarıq!

Maraqlananlar CV-lərini göndərə bilərlər.

Mənbə: jobsearch.az

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan