Keyfiyyətə nəzarət üzrə inspektor
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Az Protein Foods Group MMC Keyfiyyətə nəzarət üzrə inspektor vəzifəsi üzrə vakansiya elan edir.

 

Namizədə Tələblər:

  • Ali təhsil: Qida mühəndisliyi, Baytarlıq, Kimya, Mikrobiologiya və ya bunlara uyğun ixtisaslar
  • Sertifikat: İSO 9001:2015, İSO 22000 və İSO 17025 standartının tələblərini bilməsi, bu sahədə təlim almış olması və müvafiq sertifikatlara sahib olması arzu olunandır.
  • Təcrübə tələb olunmur (iş öyrədiləcəkdir).
  • Əməyin mühafizəsi, qida təhlükəsizliyi və sanitar gigiyena mövzularında məlumatlı olmalı
  • MS Office programları (Word,  Excell, Outlook), 1C proqramı üzrə ilkin biliklər.

 

Vəzifə öhdəlikləri:

  • Müəssisənin istehsal etdiyi məhsulların keyfiyyətə nəzarət prosesinin aparılması
  • Xammalın qəbulundan son məhsuladək olan mərhələləri nəzarət altında saxlamaq və müvafiq sənədləşmə işlərinin icrası
  • Beynəlxalq standartların tələblərinə uyğun sənədləşmə işlərinin həyata keçirilməsi
  • Qida təhlükəsziliyi və keyfiyyətə nəzarət üzrə yoxlamalar keçirmək, sənədləşməni icra etmək
  • İstehsalat prosesinin bütün mərhələlərində xammalın, hazır məhsulun müştərilərə göndərilənədək müəssisənin bölmələrində və anbarlarda saxlanmasının düzgünlüyünə nəzarətin təmin edilməsi
  • Uyğun olmayan məhsullarla bağlı həyata keçiriləcək prosedurları tətbiq etmək, aşkar edilmiş uyğunsuzluqlarla bağlı uyğun olmayan məhsul hesabatını hazırlamaq
  • Müəssisə daxili intizam qaydalarına, prosedur və təlimatlara, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigyena norma və qaydalarına riayət edilməsi
  • Əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımınca icra edilməsi və onların pozulmasına yol verilməməsi
  • Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim edilməsi.

Əmək haqqı: 600 – 800 manat.

İş qrafiki: 6 günlük

Nahar şirkət tərəfindən təmin olunur. Koroğlu metrosundan servis fəaliyyət göstərir (müəssisə Buzovnada yerləşir).

 

Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla azprotein.vacancy@gmail.com elektron ünvanına göndərmələri xahiş olunur.

Oxşar vakansiya siyahısı:

Fəhlə

CMT Group MMC Fəhlə üzrə vakansiya elan edir. ...

CMT Group MMC

25.04.2024 - Bakı

450₼
Xadimə

CMT Group MMC Xadimə üzrə vakansiya elan edir. ...

CMT Group MMC

24.04.2024 - Bakı