Keyfiyyətə Nəzarət Şöbəsinin rəisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Azertexnolayn LLC Keyfiyyətə Nəzarət Şöbə rəisi vəzifəsi üzrə vakansiya elan edir. Rus və İngilis dillərini mükəmməl bilməlidir.

Sumqayıt Kimya Sənaye Parkının (SCIP) ərazisində ilk rezident olaraq təməli qoyulan Azertexnolayn MMC ölkəmizin sənaye sahəsində mühüm işlərin görülməsində əməyi keçən şirkətlərdəndir. 2013-cü ildə istismara verilən şirkət ölkəmizdə sənaye infrastrukturunun inkişafı, onun mövcud potensialının daha da möhkəmlənməsi və müasirləşdirilməsi istiqamətində professional səylərini göstərməkdədir. Azertexnolayn MMC bu gün müasir texnologiyalara əsaslanan, ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən və eksport potensialına malik aşağıdakı məhsulların istehsalı ilə məşğuldur.

Azertexnolayn MMC-nin nəzdində olan zavodlarda su xətləri, təbii qaz xətləri, xam neft xətləri, svay, metal konstruksiya və s. üçün nəzərdə tutulan müxtəlif diametrli istehsal olunabilən polad və polietilen borular, paslanmaz metal hasarlar istehsal olunur.

Vakansiya: Azertexnolayn MMC-nin Texniki Avadanlıqlar Zavoduna “Keyfiyyətə Nəzarət Şöbə rəisi”

Əmək funksiyası:

  • Şirkətdaxili təsdiq olunmuş ana prosedurların tələblərinə riayət olunmasının izlənilməsi;
  • Düzəldici və önləyici fəaliyyətlərin hesabat cədvəlinin izlənməsi;
  • Şirkətdaxili və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun təsdiq olunmuş ana proseslərin işləyişinə nəzarət;
  • Ehtiyaca görə yeni prosedur və formaların yazılmasına nəzarət;
  • Şirkətdaxili sənədlərin işləməyinə nəzarət;
  • Avadanlıqların mütəmadi kalibrasiya olunmasına nəzarət;
  • Şirkətin digər strukturlarına beynəlxalq sertifikatların alınması üçün lazımi işlərin həyata keçirilməsi və izlənməsi;
  • Əsas vəsaitlərin alınması zamanı məhsulun sertifikatlarının və passportlarının uyğun şöbələrdə olub-olmamasına nəzarət;
  • Yeni sənəd formalarının, prosedurların yaradılmasını, razılaşdırılmasını və onlarda dəyişikliklərə nəzarət;
  • Keyfiyyət sertifikasiyasına uyğun olaraq daxili auditin keçirilməsi plan-qrafikini hazırlanması;
  • Xammalın, texnologiyanın, istehsal prosesinin, hazır məhsulun və xidmətlərin keyfiyyətlərinə nəzarət edilməsi;
  • Yeni sənədlərin yaradıcılarına məsləhətlərin verilməsi;
  • Yeni yaradılan sənədlərin standartların uyğunluğuna nəzarət edilməsi;
  • Yaradılan sənədlərin qeydiyyatını aparırlması
  • Şirkətin keyfiyyət üzrə məqsədinin və siyasətinin yaradılmasında iştirak edilməsi;
  • İşçi heyətin keyfiyyət üzrə sertifikasiyası sahəsində tədris kurslarının həyata keçirilməsinin izlənməsi;
  • Keyfiyyət sertifikasiyası sahəsində informasiyanı sistemləşdirir və rəhbərliyə təhlil üçün təqdim edilməsi.

Bilməlidir:

  • ISO 16949, ISO 9001, ISO 14001, OHSAS 18001, ISO 29001, ISO 17025 standartlarını;
  • Şirkətin keyfiyyət sahəsində siyasət və məqsədlərini;
  • Keyfiyyət İdarəetmə Sistemlərinin sənədlər toplusunu;

Namizədə tələblər:

  • Ali təhsil
  • Rus və İngilis dillərini mükəmməl bilməli
  • Anoloji sahədə 5 il iş təcrübəsi

Təminatlar:

  • Nahar və servis şirkət tərəfindən verilir;
  • Korporativ nömrə ilə təmin edilmə;
  • İş qrafiki 09:00-dan 18:00-a dək (həftə içi 5 gün)
  • Şənbə və bazar istirahət

Tələblərə uyğun gələn namizədlər CV-lərini “KN Şöbə rəisi” başlığı altında qeyd edərək seide.memmedova@azertexnolayn.com ünvanına göndərmələri xahiş olunur.

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı