Keyfiyyətə Nəzarət Departamentinin Mühəndisi (elektrik işləri üzrə)
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 2000-2500 AZN. SMTS MMC Keyfiyyətə Nəzarət Departamentinin Mühəndisi (elektrik işləri üzrə) vəzifəsi üzrə vakansiya elan edir.

Tələb olunan iş bacarığı:

  • Layihənin mexanika bölümünü dərindən araşdırmaq və düzgünlüyünü yoxlamaq;
  • Elektrik layihələrini layihəçi və subpodratçı ilə müzakirə etmək;
  • Elektrik işləri üzrə subpodratçının işinin keyfiyyətinə nəzarət etmək;
  • Layihə cizgilərinin digər mühəndislik sahələri və memarlıq cizgiləri ilə koordinasiyasını təhlil etmək;
  • Layihə şirkətlərindən təhvil alınan mexaniki layihələrin standartlara uyğunluğunu, sistemin tam şəkildə
    işləkliyini yoxlamaq və aşkar olunan problemli sahələri layihəçi şirkətlərə və öz rəhbərinə bildirmək;
  • Elektrik layihələri üçün seçilən cihaz və avadanlıqların seçiminin düzgünlüyünü yoxlamaq və layihəçi ilə görüş
    təşkil edərək sistemlərin təhlilini aparmaq; Tikinti sahəsində mexaniki işlərin təhlili, yoxlanılması və koordinasiyanı təşkil etmək;
  • Elektrik avadanlıqları və cihazların təsdiq edilmiş layihə sənədləri və göstəriciləri əsasında spesifikasiyalarını təyin etmək;
  • Layihənin sonunda son texniki dəyərləndirməni və yoxlanmanı yerinə yetirmək;
  • Elektrik avadanlıqlarının quraşdırılması və onların testini idarə etmək;
  • Yeni layihələrə cəlb olunduqda, elektrik sistemləri üzrə ilkin analiz və dəyərləndirməni yerinə yetirmək;
  • Elektrik işləri üzrə texniki hesabatları yerinə yetirmək.

Tələb olunan təhsil və biliklər:

  • Elektrik mühəndisiliyi ixtisası üzrə ali təhsil;
  • Keyfiyyətə Nəzarət Mühəndisi (elektrik işləri üzrə) vəzifəsində ən az 3 il (fasiləsiz) iş təcrübəsi;
  • Azərbaycan və ingilis dilləri əla səviyyədə bilməli
  • Komputer bacarıqları -Microsoft Office, AutoCaD;
  • Həssas və qısa yazılı ünsiyyət bacarıqları;
  • Vaxt və resursların planlaşdırılması kimi təşkilati bacarıqlar;
  • İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, səliqəli, diqqətli, müstəqil və qrup daxilində işləmək bacarığı;

Digər tələb və şərtlər:

  • Yaş həddi: 25-50
  • Əmək haqqı 2000-2500 AZN (təhsil, iş stajı, iş bacarığı və s nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur.)
  • İş rejimi: həftədə 6 gün, 09.00-dan 18.00-dək (nahar fasiləsi 2 saat)
  • Nahar şirkət tərəfindən verilir

    Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini Azərbaycan dilində hr@smts.az elektron ünvanına mövzu yerinə “KND mühəndisi (elektrik işləri üzrə)” yazaraq göndərmələri xahiş olunur.
    Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı