Qısa məzmun
Ə/h 2000-2500 AZN. SMTS MMC Keyfiyyətə Nəzarət Departamentinin Mühəndisi (elektrik işləri üzrə) vəzifəsi üzrə vakansiya elan edir.
Tələb olunan iş bacarığı:
- Layihənin mexanika bölümünü dərindən araşdırmaq və düzgünlüyünü yoxlamaq;
- Elektrik layihələrini layihəçi və subpodratçı ilə müzakirə etmək;
- Elektrik işləri üzrə subpodratçının işinin keyfiyyətinə nəzarət etmək;
- Layihə cizgilərinin digər mühəndislik sahələri və memarlıq cizgiləri ilə koordinasiyasını təhlil etmək;
- Layihə şirkətlərindən təhvil alınan mexaniki layihələrin standartlara uyğunluğunu, sistemin tam şəkildə
işləkliyini yoxlamaq və aşkar olunan problemli sahələri layihəçi şirkətlərə və öz rəhbərinə bildirmək; - Elektrik layihələri üçün seçilən cihaz və avadanlıqların seçiminin düzgünlüyünü yoxlamaq və layihəçi ilə görüş
təşkil edərək sistemlərin təhlilini aparmaq; Tikinti sahəsində mexaniki işlərin təhlili, yoxlanılması və koordinasiyanı təşkil etmək; - Elektrik avadanlıqları və cihazların təsdiq edilmiş layihə sənədləri və göstəriciləri əsasında spesifikasiyalarını təyin etmək;
- Layihənin sonunda son texniki dəyərləndirməni və yoxlanmanı yerinə yetirmək;
- Elektrik avadanlıqlarının quraşdırılması və onların testini idarə etmək;
- Yeni layihələrə cəlb olunduqda, elektrik sistemləri üzrə ilkin analiz və dəyərləndirməni yerinə yetirmək;
- Elektrik işləri üzrə texniki hesabatları yerinə yetirmək.
Tələb olunan təhsil və biliklər:
- Elektrik mühəndisiliyi ixtisası üzrə ali təhsil;
- Keyfiyyətə Nəzarət Mühəndisi (elektrik işləri üzrə) vəzifəsində ən az 3 il (fasiləsiz) iş təcrübəsi;
- Azərbaycan və ingilis dilləri əla səviyyədə bilməli
- Komputer bacarıqları -Microsoft Office, AutoCaD;
- Həssas və qısa yazılı ünsiyyət bacarıqları;
- Vaxt və resursların planlaşdırılması kimi təşkilati bacarıqlar;
- İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, səliqəli, diqqətli, müstəqil və qrup daxilində işləmək bacarığı;
Digər tələb və şərtlər:
- Yaş həddi: 25-50
- Əmək haqqı 2000-2500 AZN (təhsil, iş stajı, iş bacarığı və s nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur.)
- İş rejimi: həftədə 6 gün, 09.00-dan 18.00-dək (nahar fasiləsi 2 saat)
- Nahar şirkət tərəfindən verilir
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini Azərbaycan dilində hr@smts.az elektron ünvanına mövzu yerinə “KND mühəndisi (elektrik işləri üzrə)” yazaraq göndərmələri xahiş olunur.
Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.