Keyfiyyətə nəzarət mütəxəssisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. AVT Logistics Keyfiyyətə nəzarət mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Qida mühəndisliyi üzrə biliklər olmalıdır.ır.

Şirkət haqqında:

1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 14.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2020-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifə: Keyfiyyətə nəzarət mütəxəssisi
İş yeri: Bakı şəhəri,Məhəmmədi qəs.
İş təcrübəsi: 1-3 il
Təhsil: Müvafiq sahə üzrə ali təhsil

İşin Təsviri: Keyfiyyətə nəzarət, qida təhlükəsizliyinin təminatı proseslərinin həyata keçirilməsi.

Vəzifə öhdəlikləri:

  • Anbarlarda hiqrometrlərin izlənilməsi, A+A sisteminə nəzarət və hesabatların hazırlanmasını yerinə yetirmək;
  • Uyğunsuzluqlar barədə hesabatların tərtibi, izlənilməsi, kök səbəb analizi aparılması və aradan qaldırılan uyğunsuzluqların effektivliyinin yoxlanılmasını (NCR) təmin etmək;
  • Aparılan dəyişikliklərin rəsmiləşdirilməsi,izlənilməsi və bağlanış üçün sübutlar toplamaq (MOC);
  • Zəruri olduğu təqdirdə anbarlarda xronometrajların qurulması və hesabatların hazırlanmasını icra etmək;
  • Sənədlərin nəzarətli nüsxələrinin hazırlnaması, izlənilməsi və zəruri olduğu təqdirdə geri yığılmasını həyata keçirmək;
  • İş axış sxemlərinə uyğun olaraq sahələrin fəaliyyətlərini izləmək və aşkarlanan uyğunsuzluqlar barədə hesabatlar hazırlamaq;
  • Periodik olaraq sahələrdə auditlər aparmaq;
  • Tədarükçü tərəfindən aparılan auditlərdə iştirak etmək;
  • Aidiyyatı şöbələrdə Qida təhlükəsizliyi üzrə təlimlər keçmək.

Tələblər:

  • İş planlama və təşkil etmə bacarığı;
  • Problem və konfliktləri həll etmə bacarığı;
  • Məsuliyyətli, işgüzar, ciddi, ünsiyyətcil və aktiv olmalı;
  • İSO 9001:2015, İSO 22000:2018 (Sertifikatı olmalı);
  • Microsoft Office proqramları biliyi;
  • Əla səviyyədə MS Visio biliyi;
  • Əla səviyyədə Rus dili biliyi(mütləqdir);
  • İngilis dili biliyi arzu olunandır.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

  • İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
  • Nahar ilə təmin edilmə;
  • Endirimli tibb xidməti;
  • Əmək müqaviləsi.

İş qrafiki: 5 günlük.

Müraciət qaydaları: cv@avtlogistics.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Keyfiyyətə nəzarət mütəxəssisi” yazıb CV göndərməklə müraciət edilir.

Oxşar vakansiya siyahısı:

Mexanik

Embawood MMC Mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Embawood

18.04.2024 - Xırdalan

800 — 1000 ₼
Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis

“Azprotein Foods Group” MMC  “Keyfiyyətə nəzarət və qida təhlükəsizliyi üzrə mütəxəssis”  vəzifəsi üzrə vakansiya elan edir. ...

Azprotein Foods Group

04.04.2024 - Bakı